Nisa - 4:37
Bunlar üstəlik xəsisdirlər və insanlara xəsisliyi öyüd-nəsihət edirlər. Allahın Öz lütfündən onlara verdiyini gizləyərlər. İnkar edənlərə ağrılı-acılı bir əzab hazırladıq.
27-ci ayədə bəhs edilən, Allahın yolunu dəyişdirməyə çalışaraq iman edənləri azdırmaq istəyən, kitab əhlinin ikiüzlülərinə qarşı xəbərdarlıq:
Ali İmran/3:98
De ki, “Kitab əhli! Allah etdiklərinizə şahid olduğu halda, nə üçün Allahın ayələrini inkar edirsiniz?"
Ali İmran/3:99
De ki, “Kitab əhli, doğruya şahid olduğunuz halda, nə üçün Allahın yolunu dəyişdirməyə çalışaraq iman edənləri sapdırırsınız? Allah etdiyiniz heç bir şeydən xəbərsiz deyildir."
Ali İmran/3:100
Ey iman edənlər! Kitab əhlindən bir qisminə tabe olarsanız, iman etmənizdən sonra sizi inkarçılığa döndərərlər.
Ali İmran/3:101
Allahın ayələri sizə oxunduğu və Onun elçisi aranızda olduğu halda, necə olur ki, inkar edirsiniz? Kim Allaha sarılarsa, ən doğru yola yönəldilmişdir.
Nisa/4:44
Özlərinə kitabdan bir pay verilənlərin, azğınlığı satın aldıqlarını və sizin də yolunuzu azmağınızı istədiklərini görmürsənmi?
Ali İmran/3:68
İnsanların İbrahimə ən yaxın olanları, onun ardınca gedənlər, bu Peyğəmbər və iman edənlərdir. Allah iman edənlərin Hökmdarı və Dostudur.
Ali İmran/3:69
Kitab əhlindən bir qrup sizi yoldan çıxartmaq istəyər. Onlar sadəcə özlərini yoldan çıxardır. Fərqində belə deyillər.
Ali İmran/3:70
Ey kitab əhli! Şahid olduğunuz halda, nə üçün Allahın ayələrini inkar edirsiniz?
Ali İmran/3:71
Kitab əhli! Nə üçün doğru ilə yanlışı bir-birinə qarışdırır və bilə-bilə gerçəyi gizləyirsiniz?
Ali İmran/3:72
Kitab əhlindən bir qrup dedi ki: “İman edənlərə nazil edilənə günün əvvəlində iman edin və sonunda inkar edin. Beləcə bəlkə dinlərindən dönərlər."
Nisa/4:51
Özlərinə kitabdan bir pay verilənləri görmürsənmi? Bütpərəstliyə və yanlış doktrinalara inanırlar və inkar edənlər üçün, "Bunlar, iman edənlərdən daha doğru yoldadır", deyirlər.
Nisa/4:60
Sənə və səndən öncə nazil edilənlərə iman etdiklərini iddia etdikləri halda azğınların və despotların qanunlarını tətbiq etmək istəyənləri görmürsənmi? Halbuki onu inkar etməklə əmr edilmişdilər; fəqət şeytan onları tamamilə azdırmaq istəyir.
Bəqərə/2:135
“Yəhudi və ya Xristian olun ki, doğru yolu tapa biləsiniz," - dedilər. De ki: "Xeyr, biz İbrahimin Təkallahlı dininə tabe olarıq. O, ortaq qoşanlardan olmadı."
Bəqərə/2:140
İbrahimin, İsmailin, İshaqın, Yəqubun və nəvələrinin Yəhudi və ya Xristian olduğunumu iddia edirsiniz? De ki: “Siz daha yaxşı bilirsiniz, yoxsa Allah?” Allahın bildirdiyini gizləyəndən daha zalım kim ola bilər? Allah etdiklərinizdən qafil deyil."
Ali İmran/3:65
Ey Kitab əhli! Nə üçün İbrahim haqqında mübahisə edirsiniz? Halbuki Tövrat da, İncil də ondan sonra nazil edildi. Ağlınızı işlətməyəcəksiniz?
Ali İmran/3:66
Məlumat sahibi olduğunuz mövzularda mübahisə edirsiniz! Bəs haqqında heç bir məlumata sahib olmadığınız bir mövzuda necə mübahisə edə bilirsiniz? Siz bilməyə bilərsiniz; amma Allah bilir.
Ali İmran/3:67
İbrahim nə Yəhudi idi, nə də Xristian; Təkallahlı (hənif) bir müsəlmandı. Heç bir zaman ortaq qoşanlardan olmadı.
Ali İmran/3:78
Onların bəzisi, kitabda olmayanı kitabdan sanasınız deyə dillərini bükərək kitaba bənzətməyə çalışır və Allah qatından olmadığı halda, "Bu, Allah qatındandır," - deyərlər. Bilə-bilə, Allahın adına yalan danışarlar.