Nisa - 4:43
Ey iman edənlər! Sərxoş ikən nə dediyinizi bilənə qədər, səfərdə olanlar xaric cinsi əlaqədən sonra yuyununcaya qədər namaza durmayın. Xəstə və ya səfərdəsinizsə, yaxud biriniz ayaq yolundan gəlmişsə, yaxud qadınlarla cinsi əlaqəyə girib, su tapa bilməmişsinizsə, təmiz və quru bir torpağa toxunub üzünüzə və əllərinizə sürtərək təyəmmüm edin. Allah Əfv edər, Bağışlayar.
İslam dini və praktikləri (Namaz, Həcc, Oruc və s.) İbrahim Peyğəmbər ilə başlayır:
Nəhl/16:123
Həqiqətən İbrahimin dinini bir monoteist olaraq izləməyin üçün sənə vəhy etdik; o əsla bütpərəstlərdən olmadı.
Həcc/22:78
Və Allah uğrunda lazımi cəhdi və fəaliyyəti göstərin. Odur sizi seçən. O, atanız İbrahimin yolu olan bu dini, sizin üçün çətin və ağır etmədi. Elçinin sizə şahid olması, sizin də insanlara şahid olmağınız üçün, sizi, daha öncə də, indi də "Müsəlmanlar=Təslim olanlar" olaraq adlandıran Odur. Namazı qoruyun, zəkatı verin və Allaha sarılın; Mövlanız (Sahibiniz) Odur. Nə gözəl Sahib və nə gözəl Yardımçıdır!
Nisa/4:125
Allaha təslim olaraq yaxşılıq edən və İbrahimin Təkallahlı (hənif) dininə tabe olandan daha gözəl bir dinə kim sahib ola bilər? Allah İbrahimi dost seçdi.
Ənam/6:161
De ki: "Rəbbim məni ən doğru olan yola yönəltmişdir: Monoteist olan İbrahimin mükəmməl dininə... O, ortaq qoşanlardan olmadı."
Ali İmran/3:95
De ki: “Allah doğrunu söyləyər; İbrahimin Təkallahlı (hənif) dininə tabe olun. O, ortaq qoşanlardan olmadı.”
Bəqərə/2:130
Özünü aldadandan başqası İbrahimin dinindən üz çevirməz. Onu bu dünyada seçdik, axirətdə də müttəqi kəslərdən olacaq.
Ənbiya/21:68
"Bir şey edəcəksinizsə onu yandırın ki, tanrılarınızı dəstəkləmiş olun," dedilər.
Ənbiya/21:69
"Ey atəş, İbrahimə qarşı sərin və güvənilir (təhlükəsiz) ol!" dedik.
Ənbiya/21:70
Beləcə onun üçün bir plan tətbiq etmək istədilər və Biz də onları müvəffəqiyyətsizliyə məhkum etdik.
Ənbiya/21:71
Onu və Lutu, bütün insanlar üçün mübarək etdiyimiz torpaqlara yetişdirib qurtardıq.
Ənbiya/21:72
Ona (İbrahimə) mükafat olaraq İshaqı və Yəqubu verdik. Hamısını müttəqi etdik.
Ənbiya/21:73
Biz onları, əmrimizə görə yol göstərən öndərlər etdik. Onlara yaxşı işlərin necə ediləcəyini, namazın necə qorunacağını və zəkatın necə veriləcəyini vəhy etdik. Onlar Bizə qulluq edənlərdir.
Məryəm/19:58
Bax bunlar, Allahın nemətləndirdiyi peyğəmbərlərin bir qismidir. Adəmin soyundan, Nuh ilə birlikdə (gəmidə) daşıdıqlarımızdan, İbrahimin və İsrailin soyundan... Doğruya yetişdirdiyimiz və seçdiyimiz kimsələrdir onlar. Onlara Rəhmanın ayələri oxunduğu zaman ağlayaraq səcdəyə varırlar.
Məryəm/19:59
Onlardan sonra gələnlər namazı itirdilər və həvəslərinə uydular. Həqiqətən, fəlakətə uğrayacaqlar.
Hud/11:87
Dedilər ki: "Şueyb, atalarımızın qulluq/xidmət etdiklərindən və ya ticarətimizi istədiyimiz kimi idarə etməkdən əl çəkməyimizi, sənin namazınmı lazım bilir? Sən əslində yumşaq xasiyyətlisən, ağıllısan."
Ali İmran/3:38
Zəkəriyya oradaca Rəbbinə dua edərək dedi: “Rəbbim! Qatından mənə tərtəmiz bir soy ver, Sən duaları Eşidənsən”.
Ali İmran/3:39
Məbəddə durub namaz qılarkən mələklər ona: “Allah səni, Allahın sözünü təsdiqləyəcək, qürurlu, iffətli və müttəqi bir peyğəmbər olan Yəhya ilə müjdələyir", deyə səsləndilər.
Ta ha/20:11
Oraya varınca, "Ey Musa!" deyə səs gəldi.
Ta ha/20:12
"Mən, bəli Mən sənin Rəbbinəm. Nəleyinini (başmaqlarını) çıxart. Çünki sən müqəddəs vadidə, Tuvadasan."
Ta ha/20:13
"Mən səni seçdim, elə isə vəhy olunanı dinlə."
Ta ha/20:14
"Mən, bəli Mən Allaham; Məndən başqa tanrı yoxdur. Mənə qulluq et və Məni xatırlamaq üçün namazı qoru!"
Həcc/22:26
İbrahimi evin (Kəbənin) məkanına yerləşdirmişdik: "Mənə heç bir şeyi ortaq etmə. Evimi də, ziyarətçilər, orada məskunlaşanlar, rüku və səcdə edənlər üçün təmizlə."
Həcc/22:27
"İnsanlara Həcc ziyarətini elan et. Sənin yanına piyada olaraq və ya fərqli minik vasitələriylə uzaqlardan gəlsinlər.
Həcc/22:28
(Ona görə) ki, onlar üçün bəzi (ictimai, siyasi və iqtisadi) faydalara şahid olsunlar və onlara kənd təsərrüfatı heyvanlarını ruzi olaraq verdiyi üçün Allahın ismini bilinən (məlum) günlərdə xatırlasınlar. "Onlardan yeyin və sıxıntı içindəki yoxsullara da yedirdin."
Bəqərə/2:183
Ey iman edənlər! Sizdən öncəkilərə oruc vacib edildiyi kimi, çəkinməyiniz üçün sizə də vacib edildi.
Qasas/28:27
Dedi ki: "Mənə səkkiz həcc boyunca işləmək şərti ilə səni bu qızlarımdan biri ilə nikahlamaq istəyirəm. İstəyərsən onu ona (on ilə) tamamlaya bilərsən. Səni sıxıntıya salmaq istəmirəm. Allah istəyərsə, məni müttəqi davranan biri olaraq görəcəksən."
Qasas/28:29
Musa, o müddəti bitirib ailəsi ilə birlikdə yola çıxınca Turun yamacında bir atəş gördü və ailəsinə, "Burada dur, mən bir atəş gördüm. Bəlkə sizə ondan bir xəbər və ya bir atəş közü gətirərəm ki, onunla qızınarsınız," dedi.