Nisa - 4:43 Ey iman edənlər! Sərxoş ikən nə dediyinizi bilənə qədər, səfərdə olanlar xaric cinsi əlaqədən sonra yuyununcaya qədər namaza durmayın. Xəstə və ya səfərdəsinizsə, yaxud biriniz ayaq yolundan gəlmişsə, yaxud qadınlarla cinsi əlaqəyə girib, su tapa bilməmişsinizsə, təmiz və quru bir torpağa toxunub üzünüzə və əllərinizə sürtərək təyəmmüm edin. Allah Əfv edər, Bağışlayar.
İman etmənin ən önəmli kriteri:
Ənam/6:82 İman edənlər və imanlarını bir zülmlə bulaşdırmayanlar güvənliyə layiqdirlər və onlar doğruya yönələnlərdir.

Loğman/31:13 Loğman oğluna öyüd verərkən bunu  demişdi: "Əziz oğlum, Allaha ortaq qoşma, şübhəsiz şirk (Tanrıya ortaq qoşmaq) böyük bir zülmdür."

Zumər/39:65 Sənə və səndən öncəkilərə belə vəhy edilmişdir: Ortaq qoşarsan, bütün etdiklərin boşa gedər və ziyana uğrayanlardan olarsan.