Nisa - 4:45
Allah düşmənlərinizi daha yaxşı bilir. Dost və sahib olaraq Allah yetər! Yardımçı olaraq Allah yetər!
İman edənlərin fərqində olmadıqları, dost görünən, əslində düşmən olan münafiqlər ima edilir.
Tovbə/9:101
İstər çevrənizdən və istərsə də şəhər camaatından olan Ərəblərdən bəziləri ikiüzlüdür. İkiüzlülükdə həyasızlaşmışdırlar. Sən onları bilməzsən, Biz onları bilirik. Onları ikiqat əzabla cəzalandıracağıq və sonra da böyük bir əzaba uğradılacaqlar.
Munafiqun/63:1
İkiüzlülər sənin yanına gəldiklərində, "Sənin Allah elçisi olduğuna şəhadət edərik," deyərlər. Allah sənin Öz elçisi olduğunu bilir və Allah İkiüzlülərin yalan söylədiyinə də şəhadət edər.
Munafiqun/63:2
Andlarını qalxan edərək Allahın yolundan azdırdılar. Etdikləri necə də pisdir.
Munafiqun/63:3
Çünki onlar iman etdikdən sonra inkar etdilər. Buna görə qəlbləri möhürləndi; Onlar anlamazlar.
Munafiqun/63:4
Onları gördüyün zaman, görünüşləri xoşuna gələr. Danışarlarsa, sözlərini dinləyirsən. Onlar, dikəldilmiş kötüklər kimidir. Hər münaqişəni öz əleyhlərinə sanarlar; onlar gerçək düşməndir; onlardan ehtiyat et. Allah onları məhv etsin; necə də çevrilirlər!