Nisa - 4:45 Allah düşmənlərinizi daha yaxşı bilir. Dost və sahib olaraq Allah yetər! Yardımçı olaraq Allah yetər!
Bu şəxslərin (münafiqlərin) iman edənlər tərəfindən dost qəbul edildiyi və buna son verilməsi tövsiyə olunur:
Mumtəhənə/60:1 Ey iman edənlər, Mənim düşmənimi və sizin düşməninizi dost tutmayın. Sizə gələn gerçəyi inkar etmiş və Rəbbiniz olan Allaha iman etdiyiniz üçün elçini və sizi (ölkənizdən) çıxarmış olduqları halda, siz onlara sevgi göstərirsiniz. Razılığımı qazanmaq üçün yolumda bir cihada çıxdınızsa, onları necə gizlicə sevə bilərsiniz? Halbuki Mən, gizlədiyinizi də, aşkara çıxardığınızı da çox yaxşı bilirəm. Sizdən kim belə davranarsa, doğru yoldan sapmış olar.

Nisa/4:44 Özlərinə kitabdan bir pay verilənlərin, azğınlığı satın aldıqlarını və sizin də yolunuzu azmağınızı istədiklərini görmürsənmi?
Nisa/4:45 Allah düşmənlərinizi daha yaxşı bilir. Dost və sahib olaraq Allah yetər! Yardımçı olaraq Allah yetər!
Nisa/4:88 Sizə nə olur ki, ikiüzlülər haqqında iki qrupa ayrılırsınız? Etdikləri əməllərə görə Allah onları baş aşağı çevirdi. Allahın azdırdığını sizmi doğru yola yetişdirmək istəyirsiniz? Allahın azdırdığı kimsəyə sən heç bir yol tapa bilməzsən.
Nisa/4:89 Sizin də özləri kimi inkar etmənizi istədilər ki, onlarla eyni olasınız. Allah yolunda hərəkətə keçincəyə qədər onlardan kimsəni dost tutmayın. Sizə qarşı olarlarsa onları tutun, onları tapdığınız yerdə öldürün. Onları nə dost, nə də yardımçı tutmayın;

Mucadilə/58:14 Allahın qəzəbləndiyi bir topluluğu özlərinə dost seçənlərə diqqət etmədinmi? Onlar nə sizdəndir, nə də onlardandır. Onlar bilə-bilə yalan yerə and içərlər!