Nisa - 4:60
Sənə və səndən öncə nazil edilənlərə iman etdiklərini iddia etdikləri halda azğınların və despotların qanunlarını tətbiq etmək istəyənləri görmürsənmi? Halbuki onu inkar etməklə əmr edilmişdilər; fəqət şeytan onları tamamilə azdırmaq istəyir.
İman etmədikləri halda iman etdik, deyərlər. (Əlaqəli)
Bəqərə/2:75
Onların sizə inanacaqlarınımı sanırsınız? Halbuki onların bir qismi, Allahın Sözünü eşidib qavradıqdan sonra, bilə-bilə onu dəyişdirirdilər.
Bəqərə/2:76
İman edənlərlə qarşılaşınca, “İman etdik!”– deyərlər; baş-başa qaldıqlarında isə: “Rəbbiniz qatında sizə qarşı dəlil olaraq istifadə etmələri üçün, Allahın sizə açıqladığınımı onlara anladırsınız, məgər dərk etmirsiniz?”– deyərlər.
Ali İmran/3:119
Məhz siz, onlar sizi sevmədiyi halda onları sevənlərsiniz! Üstəlik siz bütün kitablara/kitabın hamısına iman edirsiniz. Sizinlə qarşılaşdıqları zaman "İman etdik," - deyərlər, yalnız qaldıqlarında isə sizə olan öfkələrindən barmaqlarını gəmirirlər. De ki: " Öfkənizdən canınız çıxsın." Şübhəsiz Allah kökslərin özünü Biləndir.
Bəqərə/2:8
İnsanlardan elə kimsələr var ki, əslində iman etmədikləri halda "Allaha və axirət gününə iman etdik," deyərlər.
Bəqərə/2:9
Allahı və möminləri aldatmaq istəyərlər. Halbuki öz-özlərini aldadırlar. Fərqində belə deyillər.