Nisa - 4:78
Harada olursunuzsa olun, sağlam qalalarda belə olsanız ölüm sizi haqlayacaq. Başlarına yaxşı bir şey gəlsə, “Bu, Allah tərəfindəndir!”– deyərlər. Onlara bir pislik toxunsa, “Bu, sənin tərəfindəndir!” deyərlər. De ki: “Hamısı Allah tərəfindəndir.” Bu camaata nə olur ki, az qala heç bir hədis (söz) anlamırlar!
Əlaqəli:
Ali İmran/3:154
Sonra o üzüntünün ardından, içərinizdən bir qrupa təskinlik verən güvən dolu bir yuxunu üzərinizə endirdi. Bir qisminiz eqoistcəsinə öz dərdinə düşmüş, cahiliyyə dövründə olduğu kimi Allah haqqında yanlış düşüncələr çıxarır və, "Bu işdə bir səlahiyyətimiz varmı," - deyirdi. "Bütün səlahiyyət Allahındır," - de. Sənə açmadıqlarını içlərində gizləyirdilər. "Bizim bir səlahiyyətimiz olsaydı burada öldürülməzdik," - deyirlər. De ki, "Evlərinizdə belə olsaydınız, aranızda ölməsi qərarlaşdırılanlar devriləcəkləri yerə doğru sürünəcəkdilər." Allah beləcə kökslərinizdəkini sınayar və qəlblərinizdəkini təmizləyər. Allah ən gizli düşüncələri bilir.
Həşr/59:2
O ki, kitab əhlindən inkarçı olanları ilk sürgün üçün ölkələrindən çıxarmışdır. Onların çıxacağını heç gözləmirdiniz. Qalalarının onları Allahdan qoruyacağını sandılar. Ancaq Allah onlara ummadıqları bir yerdən gəldi və qəlblərinə qorxu saldı. Beləcə evlərini öz əlləri ilə və iman edənlərin əlləri ilə yıxırlar. Ey fikir adamları, ibrət alın.