Nisa - 4:81 “Oldu, itaət edirik!” deyərlər. Ancaq Sənin yanından çıxdıqlarında onlardan bir qismi, söyləmiş olduqlarının əksinə (plan) qurur. Allah onların planlayıb qurduqları şeyləri qeyd edir. Onlara əhəmiyyət vermə; Allaha güvən. Dəstəkləyici olaraq Allah yetər.
İkiüzlülərin planlarına qarşı elçiyə güvən təminatı:
Tur/52:48 Rəbbinin hökmü gerçəkləşincəyə qədər səbr et, sən gözlərimizin önündəsən və qalxdığın zaman Rəbbini tərifləyərək ucalt.

Ənfal/8:30 İnkar edənlər səni təsirsiz hala gətirmək və ya səni öldürmək, ya da səni yurdundan qovub çıxartmaq üçün planlar qururdular. Onlar plan qururlarsa, Allah da plan qurur. Allah plan quranların Ən Ustasıdır.

Maidə/5:67 Elçi! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər bunu etməsən, Onun elçiliyini təbliğ etməmiş olarsan. Allah səni insanlardan qoruyacaq. Allah inkar edənləri doğru yola yönəltməz.
Maidə/5:13 Sözlərini pozduqları üçün onları lənətlədik, qəlblərini sərtləşdirdik. Sözlərin mənasını kontekstindən dəyişdirirlər. Xəbərdar edildikləri şeylərin bir qismini unutdular. Onların çoxundan sürəkli xəyanət görəcəksən. Onları əfv et və əhəmiyyət vermə. Allah gözəl davrananları sevər.

Nisa/4:81 “Oldu, itaət edirik!” deyərlər. Ancaq Sənin yanından çıxdıqlarında onlardan bir qismi, söyləmiş olduqlarının əksinə (plan) qurur. Allah onların planlayıb qurduqları şeyləri qeyd edir. Onlara əhəmiyyət vermə; Allaha güvən. Dəstəkləyici olaraq Allah yetər.

Əhzab/33:48 İnkar edənlərə və ikiüzlülərə tabe olma, əziyyətlərinə əhəmiyyət vermə və Allaha güvən; qoruyucu olaraq Allah yetər.