Nisa - 4:95
İman edənlərdən keçərli bir üzürə sahib olmadan yerlərində oturanlar ilə malları və canları ilə Allah yolunda savaşanlar eyni olmaz. Allah malları və canları ilə savaşanları dərəcə baxımından oturanlardan üstün etdi. Allah hamısına gözəlliklər söz verir. Bununla birlikdə, Allah savaşanları oturanlardan daha böyük bir mükafatla üstün etdi;
İkiüzlülər savaşa qatılmamaq üçün üzrlər uydurdular:
Ali İmran/3:167
İkiüzlülər də beləcə aşkara çıxarılır. Onlara, “Gəlin, Allah yolunda savaşın, ya da yardım edin,”– deyildiyində, onlar, “Savaşdan anlasaydıq sizə qatılardıq,”– dedilər. O an onlar imandan daha çox inkara yaxın idilər. Qəlblərində olmayanı ağızları ilə söyləyirlər. Halbuki Allah onların gizlədiyini çox yaxşı bilir.
Əhzab/33:13
Onlardan bir qrup isə, "Yəsrib əhli, artıq dayana bilməzsiniz; geri dönün," deyirdi. Onlardan digər qrup isə, evləri qorunduğu halda, "Evlərimiz mühafizəsiz qaldı," deyərək peyğəmbərdən izin istəyirdilər. Bütün məqsədləri qaçmaq idi.
Tovbə/9:49
Onlardan bəziləri: "Mənə izin ver, məni sıxıntıya salma," deyir. Onlar, onsuz da, bu davranışlarıyla sıxıntının içinə düşmüşlər; halbuki cəhənnəm artıq kafirləri əhatə etmişdir.
Tovbə/9:81
Geridə qalanlar, Allah Elçisinin ardındakı yerlərini bəyəndilər, Allah yolunda paralarıyla, canlarıyla səy göstərməkdən xoşlanmadılar və: "Bu istidə hərəkətə keçməyin," dedilər. "Cəhənnəm atəşi daha istidir," de. Bir anlasaydılar!
Tovbə/9:86
"Allaha iman edin, elçisi ilə birlikdə cihad edin," deyə bir surə nazil edildiyi zaman, onların güclü və var-dövlət sahibi olanları belə səndən izin istədilər və: "Bizi burax oturanlarla bərabər olaq," dedilər.
Tovbə/9:93
Yalnız, zəngin olduqları halda səndən izin istəyənlər qınana bilər. Geridə qalanlarla birlikdə olmağı istədilər, Allah da qəlblərini damğaladı. Bunun üçün bilməzlər.