Qaf - 50:41 Çağırıcının yaxın bir yerdən çağıracağı günə qulaq as.
Dirilmə Rəbbimizin verdiyi sözdür:
Ali İmran/3:9 "Rəbbimiz, gerçəkləşməsinə şübhə olmayan gündə insanları toplayacaq olan Sənsən." Allah sözündən dönməz.
Ali İmran/3:25 Hər kəsə qazandığının qarşılığı haqsızlıq edilmədən ödənəcəyi, gerçəkləşməsində şübhə olmayan o gün üçün onları topladığımızda halları necə olacaq?

İsra/17:104 Ondan sonra İsrail oğullarına, "Bu ölkədə məskunlaşın! Verilən son söz gəldiyində sizi bir araya toplayacağıq," dedik.

Casiyə/45:26 De ki, "Sizi Allah dirildir və öldürür. Sonra gerçəkləşməsində şübhə olmayan Dirilmə Günündə sizi bir araya toplayar. Fəqət insanların çoxu bilməz."
Casiyə/45:32 Onlara Allahın sözünün bir gerçək, və Saatın qətiləşməsi qaçılmaz bir hadisə olduğu söyləndiyində siz, "Saatın nə olduğunu bilməyirik! Biz sadəcə müxtəlif gümanlara sahibik və bu mövzuda qəti bir bilgi əldə etmiş deyilik," deyirdiniz.