Zəriyət - 51:37          
          
                        Ağrılı-acılı əzabdan qorxanlar üçün orada bir dərs buraxdıq.          
        
        
          Lut qövmü:        
      
                  
                    
                      Əraf/7:80                    
                  
                  
                                        Və Lutu da göndərdik. Xalqına dedi ki: "Sizdən öncə heç kimsənin qıra bilmədiyi bir günahın rekordunumu qırırsınız?"                    
                
                
              
                  
                    
                      Əraf/7:81                    
                  
                  
                                        "Siz, qadınları buraxıb cinsi hisslərlə kişilərə yönəlirsiniz? Siz həddi aşan bir topluluqsunuz!"                   
                
                
              
                  
                    
                      Əraf/7:82                    
                  
                  
                                        Xalqının cavabı, ancaq bunları söyləmək oldu: "Onları şəhərinizdə çıxarın. Bunlar çox təmiz insanlar imiş!"                  
                
                
              
                  
                    
                      Əraf/7:83                    
                  
                  
                                        Biz də onu və ailəsini qurtardıq, fəqət arvadı xaric; o geridə qalanlardandır.                  
                
                
              
                  
                    
                      Əraf/7:84                    
                  
                  
                                        Üstlərinə bir yağmur yağdırdıq. Bax, günahkarların sonuna!"                  
                
                
              
                  
                    
                      Hud/11:77                    
                  
                  
                                        Elçilərimiz Lutun yanına gəlincə, onlara pis davranıldı. Bu durum (Lutun) canını sıxdı və (özü-özünə), "Bu, çox çətin bir gün olacaq", dedi.                   
                
                
              
                  
                    
                      Hud/11:78                    
                  
                  
                                          Xalqı yüyürərək oraya gəldilər; günah işləməyi adət halına gətirmişdilər. "Ey xalqım, bunlar qızlarımdır, onlar sizin üçün daha təmizdir. Allaha hörmət edin, qonaqlarımın qarşısında məni rəzil etməyin. İçinizdə ağlı başında bir adam yoxdur?" dedi.                  
                
                
              
                  
                    
                      Hud/11:79                    
                  
                  
                                        "Bilirsən ki, sənin qızlarına bizim bir ehtiyacımız yoxdur. Sən bizim nə istədiyimizi yaxşı bilirsən," dedilər.                  
                
                
              
                  
                    
                      Hud/11:80                    
                  
                  
                                        (Lut:) "Kaş ki, sizə gücüm yetsəydi və ya güclü dostlara sahib olsaydım," dedi.                   
                
                
              
                  
                    
                      Hud/11:81                    
                  
                  
                                        (Mələklər) dedilər, "Ey Lut, biz, Rəbbinin elçiləriyik. Onlar sənə toxuna bilməzlər. Ailəni gecənin bir vaxtında götürüb başqa yerə apar, sizdən heç kimsə geriyə baxmasın; fəqət sənin arvadın istisna. Digərlərinin başına gələnlər onun da başına gələcəkdir. Onların müəyyən edilmiş zamanı səhər vaxtıdır. Səhər yaxın deyilmi?"                  
                
                
              
                  
                    
                      Hud/11:82                    
                  
                  
                                        Əmrimiz gəlincə onun üstünü altına çevirdik, üzərlərinə qat-qat bərkimiş daş yağdırdıq.                  
                
                
              
                  
                    
                      Hud/11:83                    
                  
                  
                                        Zalımları tapsın deyə Rəbbin tərəfindən müəyyən edilmiş (daşlar)...                  
                
                
              
                  
                    
                      Şuəra/26:160                    
                  
                  
                                        Lutun xalqı da elçiləri yalanladı.                  
                
                
              
                  
                    
                      Şuəra/26:161                    
                  
                  
                                        Qardaşları Lut onlara demişdi ki, "Müttəqi olmayacaqsınız?"                   
                
                
              
                  
                    
                      Şuəra/26:162                    
                  
                  
                                        "Mən sizə göndərilmiş güvənilir bir elçiyəm."                  
                
                
              
                  
                    
                      Şuəra/26:163                    
                  
                  
                                        "Allahı dinləyib mənə tabe olun."                  
                
                
              
                  
                    
                      Şuəra/26:164                    
                  
                  
                                        "Buna qarşı sizdən hər hansısa bir ücrət də istəmirəm. Mənim ücrətim ancaq aləmlərin Rəbbinə aiddir."                   
                
                
              
                  
                    
                      Şuəra/26:165                    
                  
                  
                                        "Siz insanların arasından kişilərəmi üz tutursunuz?"                  
                
                
              
                  
                    
                      Şuəra/26:166                    
                  
                  
                                        "Rəbbinizin sizin üçün yaratdığı zövcələrinizi tərk edərək? Siz, gerçəkdən həddi çox aşan bir camaatsınız."                  
                
                
              
                  
                    
                      Şuəra/26:167                    
                  
                  
                                        Dedilər, "Bax, Lut, bu rəftarına son qoymasan, sürgün edilənlərdən olacaqsan!"                   
                
                
              
                  
                    
                      Şuəra/26:168                    
                  
                  
                                        Dedi ki, "Mən, bu davranışınızı iyrənc görürəm."                  
                
                
              
                  
                    
                      Şuəra/26:169                    
                  
                  
                                        "Rəbbim, məni və ailəmi bu etdiklərindən qurtar."                   
                
                
              
                  
                    
                      Şuəra/26:170                    
                  
                  
                                        Onu və bütün ailəsini qurtardıq.                  
                
                
              
                  
                    
                      Şuəra/26:171                    
                  
                  
                                        Yalnız bir yaşlı qadın istisna; geridə qalanlardan idi.                  
                
                
              
                  
                    
                      Şuəra/26:172                    
                  
                  
                                        Sonra digərlərini yerlə bir etdik.                  
                
                
              
                  
                    
                      Şuəra/26:173                    
                  
                  
                                        Üzərlərinə bir növ yağmur yağdırdıq; xəbərdarlıq edilənlərin yağmuru necə də fəlakətli bir yağmurdur.                   
                
                
              
                  
                    
                      Şuəra/26:174                    
                  
                  
                                        Əlbəttə bunda bir dərs vardır; amma çoxları iman etməzlər.                   
                
                
              
                  
                    
                      Nəml/27:54                    
                  
                  
                                        Lut da xalqına demişdi ki, "Gördüyünüz halda necə olur ki, belə bir pisliyi işləyirsiniz?"                    
                
                
              
                  
                    
                      Nəml/27:55                    
                  
                  
                                        "Qadınları buraxıb kişilərləmi cinsi əlaqəyə girirsiniz? Siz gerçəkdən çox cahil bir topluluqsunuz."                  
                
                
              
                  
                    
                      Nəml/27:56                    
                  
                  
                                        Xalqının cavabı sadəcə, "Lutun ailəsini Qəsəbənizdən çıxarın. Onlar təmiz qalmaq istəyirlər," demək oldu.                   
                
                
              
                  
                    
                      Nəml/27:57                    
                  
                  
                                        Biz də onu və ailəsini qurtardıq, yalnız arvadından başqa; onu geridə qalanlardan saydıq.                  
                
                
              
                  
                    
                      Nəml/27:57                    
                  
                  
                                        Biz də onu və ailəsini qurtardıq, yalnız arvadından başqa; onu geridə qalanlardan saydıq.                  
                
                
              
                  
                    
                      Nəml/27:58                    
                  
                  
                                        Üstlərinə bir yağmur yağdırdıq. Xəbərdar edilmişlərin yağmuru necə də pis idi.                  
                
                
              
                  
                    
                      Ənkəbut/29:28                    
                  
                  
                                        Lutu da göndərdik! Xalqına dedi ki: "Sizdən öncə heç kimsənin işləmədiyi ölçüdə bir günahı işləyirsiniz."                  
                
                
              
                  
                    
                      Ənkəbut/29:29                    
                  
                  
                                        "Siz kişilərlə cinsi əlaqə  qurur, yolları kəsir və toplantılarınızda hər pisliyi işləyirsiniz. Xalqının bircə cavabı, "Doğrulardansansa, Allahın əzabını gətir görək," demələri oldu.                  
                
                
              
                  
                    
                      Ənkəbut/29:30                    
                  
                  
                                        "Rəbbim, bu fəsadçı topluluğa qarşı mənə zəfər ver," dedi.                   
                
                
              
                  
                    
                      Ənkəbut/29:31                    
                  
                  
                                        Elçilərimiz İbrahimin yanına müjdə ilə daxil oluqları zaman, "Bu şəhərin (Sodom) sakinlərini məhv etmək üzrəyik. Çünki oranın sakinləri zalım oldular," dedilər.                  
                
                
              
                  
                    
                      Ənkəbut/29:32                    
                  
                  
                                        Dedi ki, "Amma orada Lut var." Onlar da dedilər, "Orada kimlərin olduğunu yaxşı bilirik. Onu və ailəsini qurtaracağıq, fəqət arvadı xaric; o geridə qalanlardandır."                  
                
                
              
                  
                    
                      Ənkəbut/29:33                    
                  
                  
                                        Elçilərimiz Lutun yanına gəldiklərində elçilərimizə ediləm müamiləyə görə (Lut) narahat olmağa başladı, pis vəziyyətdə qaldı. Ona dedilər ki, "Qorxma, üzülmə. Biz səni və ailəni qurtaracağıq. Arvadın xaric; o geridə qalanlardan olmuşdur."                     
                
                
              
                  
                    
                      Ənkəbut/29:34                    
                  
                  
                                        "Yoldan çıxdıqları üçün, biz bu şəhərin üzərinə göydən bir fəlakət endirəcəyik."                  
                
                
              
                  
                    
                      Ənkəbut/29:35                    
                  
                  
                                        Ağlını işlədən bir camaat üçün açıq-aşkar bir dərs olaraq oradan bəzi qalıqlar (xarabalıqlar) buraxdıq.                  
                
                
              
                  
                    
                      Saffat/37:133                    
                  
                  
                                        Lut da elçilərdən biri idi.                  
                
                
              
                  
                    
                      Saffat/37:134                    
                  
                  
                                        Onu və ailəsini toplu şəkildə qurtardıq.                  
                
                
              
                  
                    
                      Saffat/37:135                    
                  
                  
                                        Ancaq geridə qalan yaşlı qadın xaric.                  
                
                
              
                  
                    
                      Saffat/37:136                    
                  
                  
                                        Sonra digərlərini məhv etdik.                   
                
                
              
                  
                    
                      Saffat/37:137                    
                  
                  
                                        Siz dağıntılarının yanından keçirsiniz; səhər vaxtı,                   
                
                
              
                  
                    
                      Saffat/37:138                    
                  
                  
                                        Və gecə vaxtı. Ağlınızı işlətmirsiniz?                  
                
                
              
                  
                    
                      Qamər/54:33                    
                  
                  
                                        Lut xalqı da xəbərdarlıqları yalanlamışdı.                    
                
                
              
                  
                    
                      Qamər/54:34                    
                  
                  
                                        Üzərlərinə daş yağdıran bir fırtına göndərdik, yalnız Lutun ailəsini səhər vaxtı qurtardıq.                  
                
                
              
                  
                    
                      Qamər/54:35                    
                  
                  
                                        Qatımızdan bir yaxşılıq olaraq. Şükür edəni bax belə mükafatlandırırıq.                   
                
                
              
                  
                    
                      Qamər/54:36                    
                  
                  
                                        Onları bu yaxalamamıza qarşı xəbərdar etmişdi; ancaq onlar xəbərdarlıqları şübhə ilə qarşıladılar.                   
                
                
              
                  
                    
                      Qamər/54:37                    
                  
                  
                                        Onun qonaqlarına göz dikdilər, Biz də onları kor etdik. Əzabımı və xəbərdarlıqlarımı dadın görək.                   
                
                
              
                  
                    
                      Qamər/54:38                    
                  
                  
                                        Ertəsi gün, yaman bir əzab səhərlərini qutladı (qarşıladı).                   
                
                
              
                  
                    
                      Qamər/54:39                    
                  
                  
                                        Əzabımı və xəbərdarlıqlarımı dadın görək.                  
                
                
              
                  
                    
                      Ənbiya/21:74                    
                  
                  
                                        Luta da bilgi və hikmət verdik. Onu, çirkin işlər işləyən topluluqdan qurtardıq. Onlar, yoldan çıxmış pis bir camaat idi.                  
                
                
              
                  
                    
                      Ənbiya/21:75                    
                  
                  
                                        Onu mərhəmətimizin əhatəsinə aldıq, çünki o müttəqilərdən idi.                  
                
                
              
                  
                    
                      Hicr/15:57                    
                  
                  
                                        "Ey elçilər, görəviniz nədir?" dedi.                  
                
                
              
                  
                    
                      Hicr/15:58                    
                  
                  
                                        "Biz, günahkar bir camaata göndərildik;"                   
                
                
              
                  
                    
                      Hicr/15:59                    
                  
                  
                                        "Ancaq Lutun ailəsi xaric. (Ailəsinin) hamısını qurtaracağıq."                  
                
                
              
                  
                    
                      Hicr/15:60                    
                  
                  
                                        "Yalnız arvadından başqa; onun geridə qalanlardan olmasını qərarlaşdırdıq," dedilər.                   
                
                
              
                  
                    
                      Hicr/15:61                    
                  
                  
                                        Elçilər Lutun ailəsinin yanına gəldiklərində                  
                
                
              
                  
                    
                      Hicr/15:62                    
                  
                  
                                        (Lut:) "Siz, bizim tanımadığımız bir topluluqsunuz," dedi.                  
                
                
              
                  
                    
                      Hicr/15:63                    
                  
                  
                                        Dedilər ki: "Onların şübhə duyduqları şeyi sənə gətirdik."                   
                
                
              
                  
                    
                      Hicr/15:64                    
                  
                  
                                        "Sənə gerçəyi gətirdik, biz həqiqətən doğru danışırıq."                   
                
                
              
                  
                    
                      Hicr/15:65                    
                  
                  
                                        "Gecə vaxtı ailənlə birlikdə çıx. Arxalarından izlə və heç biriniz arxaya baxmasın. Sizə əmr edilən yerə gedin."                  
                
                
              
                  
                    
                      Hicr/15:66                    
                  
                  
                                        'Bu xalq, səhər vaxtı məhv ediləcəkdir' şəklindəki əmri ona bildirdik.                  
                
                
              
                  
                    
                      Hicr/15:67                    
                  
                  
                                        Şəhər əhalisi sevincli halda gəldilər.                   
                
                
              
                  
                    
                      Hicr/15:68                    
                  
                  
                                        (Lut:) "Bunlar qonaqlarımdır, əsla məni utandırmayın."                  
                
                
              
                  
                    
                      Hicr/15:69                    
                  
                  
                                        "Allahdan qorxun, məni rəzil etməyin," dedi.                  
                
                
              
                  
                    
                      Hicr/15:70                    
                  
                  
                                        (Onlar:) "İnsanlarla dialoq qurmaqdan səni çəkindirməmişdikmi?" dedilər.                  
                
                
              
                  
                    
                      Hicr/15:71                    
                  
                  
                                        (Lut) dedi: "Bunlar mənim qızlarımdır. Əgər istəyirsinizsə!"                  
                
                
              
                  
                    
                      Hicr/15:72                    
                  
                  
                                        Çox heyif ki, onlar, sərxoşluqları içində sərgərdan gəzirdilər.                  
                
                
              
                  
                    
                      Hicr/15:73                    
                  
                  
                                        Dan yeri ağararkən onları fəlakətli bir gurultu yaxaladı.                  
                
                
              
                  
                    
                      Hicr/15:74                    
                  
                  
                                        Onun altını üstünə çevirdik. Üzərlərinə palçıqdan olan sərt daşlar yağdırdıq.                  
                
                
              
                  
                    
                      Hicr/15:75                    
                  
                  
                                        Bunda, incələyib araşdıranlar üçün dərslər vardır.                  
                
                
              
                  
                    
                      Hicr/15:76                    
                  
                  
                                        Və o (xaraba şəhər), yol üzərində durmaqdadır.                  
                
                
              
                  
                    
                      Hicr/15:77                    
                  
                  
                                        Bunda, iman edənlər üçün bir işarət vardır.