Zəriyət - 51:44 Rəblərinin əmrinə qarşı gəldilər. Buna görə gözləri baxa-baxa onları bir ildırım vurdu.
Səmud xalqı Rəblərinin əmrinə necə qarşı gəldi?
Əraf/7:77 Dəvəni işgəncə edərək kəsdilər və Rəblərinin əmrinə (qarşı) baş qaldırdılar: "Saleh, gerçəkdən elçilərdən birisənsə, bizi təhdid etdiyin əzabı başımıza gətir," dedilər.

Qamər/54:29 Bir yoldaşlarını çağırdılar. O da çəkib (dəvəni) kəsdi.

Şəms/91:14 Onu yalanlayıb dəvəni boğazladılar. Bunun üzərinə Rəbləri günahlarından ötrü onları silib yerlə-yeksan etdi.

İsra/17:59 Öncəkilərin onları yalanlamış olması, Bizi ayələr göndərməkdən saxlamadı. Örnək olaraq, Səmud (xalqına) dəvəni açıq şəkildə vermişdik. Fəqət ona haqsızlıq etdilər. Biz ayələri yalnızca xəbərdarlıq məqsədiylə göndəririk.

Hud/11:65 Fəqət, onu işgəncə ilə kəsdilər. "Yurdunuzda yaşamağınız üçün üç gününüz var. Bu, yalan olmayan bir sözdür," dedi.