Nəcm - 53:18 Rəbbinin böyük ayələrini gördü.
13, 14 ... 18 ayələri əsasında; Muhəmməd peyğəmbərin Meracı/Allah qatına yüksəlməsi ilə əlaqəli:
Əraf/7:206 Rəbbinin qatındakılar, Ona qulluq etməkdən çəkinib təkəbbür göstərməzlər, Onu Ucaldırlar və Ona səcdə edərlər.

İsra/17:1 Bəzi ayələrimizi ona göstərmək üçün qulunu gecə vaxtı (Məkkədəki) Müqəddəs Məsciddən, çevrəsini bərəkətli etdiyi ən uzaq məscidə (səcdə yerinə) götürüb aparan çox Ucadır. O şübhəsiz Eşidəndir, Görəndir.