Qamər - 54:11 Bunun üzərinə göyün qapılarını şiddətlə axıb tökülən sularla açdıq.
Nuh peyğəmbərin inkar edənlərə qarşı Rəbbindən yardım istəməsinin təfsilatı:
Şuəra/26:118 "Mənimlə onların arasını ayır; məni və bərabərimdəki iman edənləri qurtar!"

Muminun/23:25 "O, sadəcə dəli bir adamdır. Hələ bir müddətə qədər onu gözləyin."
Muminun/23:26 Dedi ki, "Rəbbim, məni yalanlamalarına qarşı mənə yardım et!"

Saffat/37:75 Nuh Bizi çağırmışdı, necə də gözəl qarşılıq vermişdik.

Qamər/54:9 Onlardan öncə də Nuhun xalqı yalanlamışdı. Qulumuzu yalanlayıb, "Dəlidir" dedilər. Həqiqətən o əngəlləndi.
Qamər/54:10 Rəbbini çağırdı, "Mən məğlub oldum; Mənə yardım et."

Nuh/71:21 Nuh dedi ki, "Rəbbim, onlar mənə qarşı gəldilər və parası (pulu), övladları özünə sadəcə zərər verən bir kimsəyə uydular."
Nuh/71:23 Dedilər ki, "Tanrılarınızı tərk etməyin. Nə Vəddi, nə Suvaı, nə Yəğusu, Yəuqu və Nəsri buraxmayın."
Nuh/71:24 "Çox insanı yoldan çıxartdılar. Elə isə, sən də zalımların (özlərinə zülm edənlərin) şaşqınlığını artır."
Nuh/71:26 Nuh dedi ki, "Rəbbim, yer üzündə tək bir inkarçı buraxma."
Nuh/71:27 "Onları buraxsan qullarını yoldan çıxardarlar və ancaq bayağı inkarçılar doğarlar."
Nuh/71:28 "Rəbbim, məni, anamı, atamı, evimə iman edən olaraq girənləri, iman edən kişi və qadınları bağışla; Zalımların isə ancaq məhv olmalarını artır."