Qamər - 54:14 Rədd edilmiş olan kişiyə bir mükafat olaraq nəzarətimiz (qorumamız) altında axıb gedirdi.
Nuhla birlikdə gəmidə olanlar:
Hud/11:40 Nəhayət, əmrimiz gəlib və göy qaynayıb daşınca, ona dedik ki: "Hər növdən bir cütü, daha öncə  məhkum edilmişlər xaric, ailə-uşağını və iman edənləri ona yüklə." Onunla birlikdə iman etmişlər zatən bir neçə nəfər idi.

Muminun/23:27 Bundan sonra ona belə vəhy etdik: "Gözümüzün önündə və vəhyimizə uyğun olaraq gəmini düzəlt. Əmrimiz gəlincə, qaynaqlar qaynayıb daşınca hər növ (təsərrüfat heyvanı) və əleyhlərinə hökm verilmişlərin xaricindəki ailəni al. Zalımlara görə Mənə müraciət etmə; onlar boğulacaqlar."

Hud/11:45 Nuh Rəbbinə səsləndi: "Ey Rəbbim, oğlum mənim ailəmdəndir, Sənin verdiyin söz isə əlbəttə gerçəkdir və Sən, hökm verənlərin ən yaxşısısan."
Hud/11:46 Dedi ki: "Ey Nuh, O, sənin ailəndən ola bilməz. Bilmədiyin bir mövzuda Məndən bir şey istəməyin, müttəqi bir rəftar deyildir. Cahillərdən olmamağı sənə öyüd-nəsihət edirəm."

Təhrim/66:10 Allah inkar edənlərə, Nuhun arvadı ilə Lutun arvadını örnək verir. İki müttəqi qulumuzun nikahı altında idilər; ancaq onlara xəyanət etdilər. Ərləri Allahdan gələn heç bir şeyi o ikisindən dəf edə bilmədi. İkisinə də, "Girənlərlə birlikdə cəhənnəmə girin," deyildi.

Hud/11:42 Gəmi, onları təpələr kimi dalğaların arasından keçirərkən, Nuh bir kənarda ayrı duran oğluna səsləndi: "Oğlum, gəl bizimlə birlikdə min. Kafirlərlə birlikdə olma."
Hud/11:43 O isə: "Məni sudan qoruması üçün bir təpəyə sığınacağam," dedi. (Nuh): "Bu gün Allahın hökmündən qoruyacaq heç bir şey yoxdur; ancaq Onun acıdıqları xaric," dedi. Dalğalar ikisinin arasından keçdi; o, boğulanların arasında idi.