Qamər - 54:41
Fironun əyanlarına da xəbərdarlıq edənlər getmişdi.
Fironun camaatına (ətrafındakılara) xəbərdarlıq etmək üçün gedənlər kimlərdi?
Muminun/23:46
Firon və öncü dəstəsinə... Ancaq onlar təkəbbür göstərdilər. Onlar həddini bilməz (utanmaz) bir topluluq olmuşdu.
Muminun/23:45
Sonra Biz, Musanı və qardaşı Harunu ayələrimizlə və açıq-aşkar bir səlahiyyətlə göndərdik.
Hud/11:97
Firon və onun əyanlarına... Ancaq onlar Fironun əmrinə tabe oldular. Fironun əmri isə ağıllıca (doğru yol göstərən) deyildi.
Hud/11:96
Musanı ayələrimizlə (möcüzə və vəhyimizlə) və qəti bir səlahiyyətlə göndərdik
Yunus/10:75
Sonra onların ardından Musa və Harunu Firona və onun dəstəsinə möcüzələrimizlə göndərdik. Fəqət təkəbbür göstərdilər və günahkar bir topluluq oldular.