Rahmən - 55:39
O gün nə insandan, nə də cindən günahı soruşulmaz.
Dirilmə günü inkar edənlərin üzrləri qəbul edilməz:
Muminun/23:104
Onlar orada pərişan vəziyyətdə ikən, atəş də üzlərini yalayacaqdır.
Muminun/23:105
Ayələrim sizə oxunmurdumu və siz də onları yalanlamırdınızmı?
Muminun/23:106
(Onlar) deyəcəklər, "Rəbbimiz, bizi talehsizliyimiz (bədbəxtliyimiz) məğlub etdi; biz azan bir camaat olduq."
Muminun/23:107
"Rəbbimiz, bizi buradan çıxart! Əgər (köhnə vəziyyətimizə) dönərsək artıq biz gerçəkdən zalımlarıq."
Muminun/23:108
Deyəcək ki, "Qalın orada, Mənimlə danışmayın."
Rum/30:57
O gün zalımlara üzrləri bir fayda verməz; özlərini təmizə çıxarmaları da istənilməz.
Ğafir/40:52
O gün zalımlara üzrləri bir fayda verməz. Lənətə layiqdirlər və onlar üçün pis bir aqibət vardır.
Fussilət/41:24
Dözərlərsə, yerləri atəşdir. Yox, xoş görülmək istəyərlərsə, üzrləri qəbul edilməyəcəkdir.
Casiyə/45:35
"Çünki siz Allahın ayələrini məsxərəyə qoydunuz və dünya həyatı sizi aldatdı." Nəticə olaraq, onlar oradan çıxa bilməzlər və üzrləri də dinlənməz.
Təhrim/66:7
Ey inkar edənlər, bu gün üzrxahlıq etməyin. Siz ancaq etdiklərinizin qarşılığını görməkdəsiniz.
Mursəlat/77:34
Yalanlayanların vay halına o gün!
Mursəlat/77:35
Bu, onların danışa bilməyəcəyi bir gündür.
Mursəlat/77:36
Və üzr istəmələri üçün onlara izin də verilməz.