Vaqiə - 56:2
Onun gerçəkləşməsini artıq yalanlayan çıxmaz.
Dünyanın sonunun dəhşətinə sadəcə inkar edənlər şahid olar:
Zumər/39:68
Boruya üfürülən kimi göylərdə və yerdə kim varsa, Allahın istədikləri xaric, özlərindən gedib bayılarlar. Sonra ona təkrar üflənər, onlar da ayağa qalxıb baxışarlar.
Nəml/27:87
Boruya üfürüləcəyi gün, göylərdə və yerdə olan hər kəs, Allahın istədikləri xaric qorxuya düşəcəklər. Hamısı Ona boyun bükərək gələrlər.
Nəml/27:89
Kim yaxşılıq gətirərsə, ona ondan daha yaxşısı verilər və onlar o günün qorxusundan güvənlikdə olarlar.
Ənbiya/21:97
Haqq sözün gerçəkləşməsi yaxınlaşmış və kafirlərin gözləri qorxudan donub qalmışdır: "Vay bizim halımıza, biz bundan qafil idik. Biz gerçəkdən zalımlar olduq."
Məryəm/19:37
Məzhəblər, (İsanın şəxsiyyəti barəsində) aralarında anlaşılmazlığa (ixtilafa) düşdülər. Böyük bir günə şahid olacaq kafirlərin vay halına!
Həcc/22:2
Ona şahid olduğunuz gün, hər əmzikli ana əmizdirdiyini atar, hər hamilə qadın yükünü buraxar. Sərxoş olmadıqları halda insanları sərxoş kimi görəcəksən. Halbuki Allahın cəzası şiddətlidir.