Vaqiə - 56:9 Bədbəxtlər nə qədər də bədbəxtdirlər!
Mesajdan üz çevirənlər axirətdə bədbəxt bir həyata məhkum olarlar:
Ali İmran/3:138 Bu (Quran), insanlar üçün bir xəbərdarlıq, müttəqilər üçün də bir yol göstərici və öyüddür.


Hud/11:105 O gün gəldiyi zaman, heç kimsə Onun izni olmadan danışa bilməz. Onlardan kimi bədbəxt, kimi də xoşbəxtdir.
Hud/11:106 Bədbəxtlər atəşdədir. Onlar orada sızlayıb inləyərlər.

Muminun/23:104 Onlar orada pərişan vəziyyətdə ikən, atəş də üzlərini yalayacaqdır.
Muminun/23:105 Ayələrim sizə oxunmurdumu və siz də onları yalanlamırdınızmı?
Muminun/23:105 Ayələrim sizə oxunmurdumu və siz də onları yalanlamırdınızmı?
Muminun/23:106 (Onlar) deyəcəklər, "Rəbbimiz, bizi talehsizliyimiz (bədbəxtliyimiz) məğlub etdi; biz azan bir camaat olduq."

Vaqiə/56:8 Xoşbəxtlər nə qədər də xoşbəxtdirlər!
Vaqiə/56:9 Bədbəxtlər nə qədər də bədbəxtdirlər!

Bələd/90:19 Ayələrimizi inkar edənlər isə talesizlərdir (bədbəxtlərdir).