Hədid - 57:12 İman edən kişilərin və qadınların nurlarının önlərindən və sağ yanlarından yayıldığını gördüyün gün, "Müjdə, bu gün davamlı olaraq qalacağınız, altlarından çaylar axan cənnətlər var. Bu, ən böyük zəfərdir."
İman edənlər üçün zəfər:
Ali İmran/3:185 Hər kəs ölümü dadacaqdır. Dirilmə günü mükafatlarınız sizə tam olaraq verilər. Kim atəşdən qurtarılıb cənnətə daxil olarsa, zəfər qazanmış olar. Dünya həyatı ancaq aldadıcı bir zövqdən ibarətdir.

Ənam/6:16 O gün kimdən əzab çevrilərsə (Tanrı) ona rəhmət etmişdir. Ən böyük zəfər budur.

Tovbə/9:100 Köç edənlərin (mühacir) və yardımçıların (ənsar) öncülərindən və onları gözəlcə izləyənlərdən Allah razı olmuşdur, onlar da Ondan razı olmuşdurlar. Onlara içlərində çaylar axan və əbədi qalacaqları cənnətlər hazırlamışdır. Bax böyük zəfər budur.

Yunus/10:62 Allahın dostları üçün nə bir qorxu vardır, nə də üzülərlər.
Yunus/10:64 Dünya həyatında da, axirətdə də xoşbəxtlik onlarındır. Allahın kəlmələri (verdiyi söz) dəyişməz. Məhz bu, ən böyük zəfərdir.

Əhzab/33:70 Ey iman edənlər! Allahı layiqincə dinləyin və doğru söz söyləyin.
Əhzab/33:71 (Ona görə) ki, işlərinizi düzəltsin, günahlarınızı bağışlasın. Kim Allaha və elçisinə tabe olarsa, böyük bir zəfər qazanmışdır.

Saffat/37:50 Bir-birilərinə (tərəf) dönüb soruşarlar.
Saffat/37:51 Aralarından biri deyər ki, "Mənim bir yoldaşım var idi."
Saffat/37:53 "Biz torpaq və sümük olduqdan sonra diriləcəyik, eləmi?"
Saffat/37:55 Baxdığında, onu cəhənnəmin ortasında görər.
Saffat/37:56 "Allaha and olsun, az qalsın sən məni də məhv edəcəkdin," deyər.
Saffat/37:57 "Rəbbimin neməti olmasaydı, mən də indi səninlə birlikdə olardım."
Saffat/37:59 "İlk ölüm xaric, cəzalandırılmayacaqdıq hanı?"

Ğafir/40:7 İdarəetmə mərkəzinə xidmət edənlər və ətrafındakılar Rəblərini tərifləyərək ucaldırlar və Ona iman edirlər. İman edənlər üçün bağışlanma diləyərlər: "Rəbbimiz, rəhmətin və bilgin hər şeyi içinə almışdır. Tövbə edənlər və sənin yoluna tabe olanları bağışla və onları atəşin əzabından qoru."
Ğafir/40:8 "Rəbbimiz, onları, müttəqi atalarını, zövcələrini və uşaqlarını söz verdiyin Ədn cənnətlərinə daxil et. Şübhəsiz Sən Üstünsən, Hikmət Sahibisən."
Ğafir/40:9 "Onları pisliklərdən qoru. O gün kimi pisliklərdən qoruyarsan onlara rəhmət etmişsən. Böyük zəfər budur."

Duxan/44:53 İpək və atlazdan geyimlər içində qarşı-qarşıya oturarlar.
Duxan/44:55 Tam bir güvənlik içində hər meyvəni istəyərlər.
Duxan/44:56 Orada, ilk ölümdən başqa ölüm dadmazlar. Onları cəhənnəm əzabından qorumuşdur.
Duxan/44:57 Rəbbinin bir lütfü olaraq. Məhz böyük zəfər budur.

Casiyə/45:30 İman edən və müttəqi davrananlara gəlincə, Rəbləri onları rəhmətinə daxil edəcəkdir. Açıq-aşkar zəfər məhz budur.

Muhəmməd/47:35 Sülhə gedən yolda zəiflik göstərməyin. Zəfər sizindir. Allah sizinlə bərabərdir və işlədiklərinizi ziyan (puç) etməyəcəkdir.

Qamər/54:43 Sizin inkar edənləriniz onlarınkındən daha yaxşıdırmı? Yoxsa Kitablarda özünüz üçün bir əfv elanınamı rast gəldiniz?
Qamər/54:44 Yoxsa, "Biz, zəfərə nail olacaq bir camaatıq" deyirlər?
Qamər/54:45 O camaat məğlubiyyətə uğradılacaq; dönüb qaçacaqlar.

Hədid/57:12 İman edən kişilərin və qadınların nurlarının önlərindən və sağ yanlarından yayıldığını gördüyün gün, "Müjdə, bu gün davamlı olaraq qalacağınız, altlarından çaylar axan cənnətlər var. Bu, ən böyük zəfərdir."