Hədid - 57:15          
          
                        Bu gün nə sizdən, nə də inkar edənlərdən bir fidyə qəbul edilməz. Yeriniz cəhənnəmdir; mövlanız/sahibiniz odur. Nə pis bir məskəndir.          
        
        
          Dirilmə günü günahkarların əzabdan qurtulmaq üçün fidyəsi:        
      
                  
                    
                      Məaric/70:11                    
                  
                  
                                        Bir-birlərinə göstərilərlər. Günahkar, o günün əzabından qurtulmaq üçün fidyə vermək istəyər: Oğullarını,                  
                
                
              
                  
                    
                      Məaric/70:12                    
                  
                  
                                        Həyat yoldaşını, qardaşını,                  
                
                
              
                  
                    
                      Məaric/70:13                    
                  
                  
                                        Onu yetişdirən bütün əqrəbalarını,                  
                
                
              
                  
                    
                      Məaric/70:14                    
                  
                  
                                        Və yer üzündə olan hər kəsi ki, qurtulsun.