Hədid - 57:2
Göylərin və yerin hökmranlığı Ona aiddir. Dirildir, öldürür. O, hər şeyə Gücü Yetəndir.
Allahla yanaşı tanrılar qəbul edənlərə xatırlatma; Allah göylərin, yerin tək hakimi və yönəticisidiçr, bu mövzuda yardımçı seçməmişdir:
Furqan/25:2
Göylərin və yerin hökmranlığı Ona aiddir. Övlad götürməmişdir və hökmranlığında da Özünün ortağı yoxdur. Hər şeyi yaratmış və ən təfərrüatlı ölçülərlə ona nizam vermişdir.
Səba/34:22
De ki, "Allahdan başqa iddia etdiklərinizi çağırın. Onlar göylərdə və yerdə bir atom ağırlığına belə sahib deyillər. Onların hər ikisində də bir ortaqlıqları yoxdur. O da onlardan heç birini yardımçı seçməmişdir."
İsra/17:111
Və de ki: "Tərif Allahadır. O övlad götürməmişdir, idarəçilikdə ortağı və zəiflikdən ötrü də bir yardımçısı yoxdur." Onu mümkün qədər Ucalt.
Əhqaf/46:4
De ki: "Allahdan başqa yalvardıqlarınıza bir baxın. Onların yerdən nəyi yaratdığını mənə göstərin. Yoxsa göylərdə onların bir ortaqlığımı var? Bundan öncə bir kitab və ya bir elmi sənəd gətirin, doğru sözlüsünüzsə?"
Həcc/22:65
Allahın yerdəki şeyləri və əmri ilə dənizdə axıb gedən gəmiləri xidmətinizə verdiyini və göyü, izni olmadan yerin üzərinə düşməkdən qoruduğunu görmürsənmi? Allah insanlara qarşı Şəfqətlidir, Rəhmlidir.
Fatir/35:40
De ki, "Allahdan başqa çağırdığınız ortaqlarınızı düşündünüzmü; onlar yer üzündə nəyi yaratmışlar mənə göstərin?" Yoxsa onların göydə bir ortaqlıqlarımı var? Və ya onlara bir kitab verdik ki, ondakı bir dəliləmi istinad edirlər? Həqiqətən, Zalımlar bir-birlərinə ancaq aldadıcı sözlər verirlər.
Fatir/35:41
Allah, göyləri və yeri xaosa girməkdən qorumaqdadır. Xaosa girsələr Ondan başqa kim onu əngəlləyə bilər? O Şəfqətlidir, Bağışlayandır.
İsra/17:42
De ki: "İddia etdikləri kimi onunla yanaşı başqa tanrılar olsaydı, onlar da Hökmranlığın Sahibinə doğru yol axtarardılar."
Ənbiya/21:22
O ikisində (göylər və yerdə) Allahdan başqa tanrılar olsaydı, ikisi də fəsada uğrayardı. Mütləq hökmranlığın sahibi Allah onların vəsflərindən çox uzaqdır.
Muminun/23:91
Allah övlad götürməmişdir. Onunla bərabər bir tanrı da yoxdur. Əks təqdirdə hər tanrı yaratdığı şeylərlə birlikdə heç kimdən asılı olmadığını elan edərək hakimiyyət üçün bir-biri ilə mübahisəyə girərdi. Allah, onların isnad etdikləri şeylərdən çox uzaqdır.
Bəqərə/2:255
Allah: Ondan başqa tanrı yoxdur, Yaşayandır, Sonsuzdur. Onu nə mürgü, nə də yuxu tutmaz. Göylərdə və yerdə nə varsa Onundur. İzni olmadan kim Onun qatında vasitəçilik edə bilər? Onların keçmişini və gələcəyini bilir. İstədiyi miqdardan başqa Onun biliyindən heç bir şeyi qavraya bilməzlər. Hökmranlığı göyləri və yeri əhatə etmişdir. Onları qorumaq Onu yormaz. O Ucadır, Böyükdür.
Səba/34:2
Yerə girən və ondan çıxanı, göydən enən və ona yüksələn hər şeyi Bilir. O, Bağışlayandır, Rəhmlidir.
Ənam/6:59
Gizli şeylərin (Qeybin) açarı Onun əlindədir, Ondan başqası onları bilməz. Quruda və dənizdə nə varsa onları bilir. Biliyi xaricində bir yarpaq belə düşməz. Yerin qaranlığında bir toxum, yaş və ya quru heç bir şey yoxdur ki, açıq-aşkar bir kitabda qeyd edilməsin.
Əraf/7:54
Rəbbiniz Allah, göyləri və yeri altı gündə yaradan və sonra hökmranlığını qurandır. Gecəni, onu durmadan sürətlə təqib edən gündüzə bürüyüb örtər. Günəş, ay və ulduzlar onun hökmünə (əmrinə) boyun əymişdir. Yaratmaq da, yönətmək də Ona aiddir. Aləmlərin Rəbbi olan Allah necə də Uludur!
Yunus/10:31
De ki: "Sizə göydən və yerdən kim ruzi verir? Eşitmə və görmə duyğularınızı kim kontrol edir? Ölüdən dirini, diridən ölünü kim çıxarır? Bütün işləri kim idarə edir?" "Allah," deyəcəklər. De ki: "Elə isə nə üçün müttəqi davranmırsınız?"
Yunus/10:61
Hansı durumda olursunuz olun, Qurandan nə oxuyursunuz oxuyun, hansı işi görərsəniz görün, siz onlarla uğraşarkən Biz mütləq sizə şahid oluruq. Göylərdə və yerdə olan bir atom ağırlığı belə Rəbbinin kontrolunun xaricinə çıxa bilməz. Atomdan da kiçik olsun, böyük olsun, hər şey açıq-aşkar bir kitabda qeyd edilmişdir.
Hud/11:56
"Mən, Rəbbim və Rəbbiniz olan Allaha güvəndim. Onun kontrol etmədiyi heç bir canlı (məxluq) yoxdur. Rəbbim ən doğru yolun üzərindədir."
Rad/13:2
Görə biləcəyiniz bir dirək olmadan göyləri yüksəldən, sonra bütün idarəetmə işinə hakim olan, günəşi və ayı əmri altına alan Allahdır. Hamısı müəyyən bir müddət üçün axıb getməkdədir. Bütün işləri kontrol edər və ayələri detallı olaraq açıqlayar ki, Rəbbinizlə qovuşma barəsində şübhəniz qalmasın.
Ta ha/20:5
Rəhman, idarə etmə və hökmranlığı əlində saxlayandır.
Ta ha/20:6
Göylərdə, yerdə, hər ikisinin arasında və hətta torpağın altında nə varsa Onundur.
Ənbiya/21:87
ZanNun (yəni ismində 'Nun' hərfi olan Yunus) da... Etiraz edərək görəvini tərk etmişdi. Onu kontrol edə bilməyəcəyimizi sandı. Nəhayət, (balığın qarnındakı) qaranlıqlar içində, "Səndən başqa tanrı yoxdur. Sən Ucasan. Mən yanlış davrandım," deyə yalvardı.
Həcc/22:75
Allah mələklərdən və insanlardan elçilər seçər. Əlbəttə, Allah Eşidəndir, Görəndir.
Həcc/22:76
O onların keçmişini də, gələcəyini də bilir. Və bütün işlər Allah tərəfindən kontrol edilir.
Loğman/31:29
Allahın gecəni gündüzün içinə saldığını, gündüzü də gecənin içinə saldığını, günəşi və ayı kontrolu altında saxladığını, hər birinin müəyyən edilmiş bir müddətə qədər axıb getməkdə olduğunu və Allahın onların etdiklərindən xəbərdar olduğunu görmürsünüz?
Səcdə/32:5
Göydən yerə qədər bütün işləri O kontrol edər. Sonra sizin saydığınızdan min ilə bərabər bir gün içində Ona yüksələrlər.
Fatir/35:13
Gecəni gündüzün içinə salar, gündüzü də gecənin içinə salar. Müəyyən edilmiş bir müddətə qədər axıb gedən günəşi və ayı əmri altına almışdır. Rəbbiniz Allah bax belədir; Hökmranlıq Ona aiddir. Ondan başqa çağırdıqlarınız isə nüvə membranını belə idarə edə bilməzlər.
Kəhf/18:51
Onları nə göylərin və yerin yaradılışına, nə də özlərinin yaradılışına şahid etmədim. Azdıranları heç bir zaman hökmranlığımda görəvləndirmərəm.