Hədid - 57:21 Rəbbinizdən bir bağışlanmağa və genişliyi göylər və yer qədər olan bir cənnətə doğru tələsin. Allaha və elçisinə iman edənlər üçün hazırlanmışdır. Bu, Allahın istədiyinə və/və ya istəyənə verdiyi lütfüdür. Allah Böyük Lütf sahibidir.
"Genişliyi göylər qədər"
Fussilət/41:11 Sonra duman halındakı göyə yönələrək, ona və yerə, "İstəyərək və ya istəməyərək (xaosdan çıxıb) gəlin," dedi. Onlar da, "İstəyərək gəldik," dedilər.
Fussilət/41:12 Beləcə onları iki gündə yeddi göy olaraq tamamladı və hər göyə özünəməxsus qanunları bildirdi. Və Biz ən aşağıdakı göyü isə qəndillərlə və qoruma sistemi ilə təchiz etdik. Bu, Üstün və hər şeyi Bilənin planıdır.