Hədid - 57:26
Biz Nuhu, İbrahimi göndərdik, soylarına peyğəmbərlik və kitab bağışladıq. Bir qismi doğrunu tapdı; amma onlardan çoxu yoldan çıxmışlardı.
4: 54, 55 ilə əlaqəli:
Təhrim/66:10
Allah inkar edənlərə, Nuhun arvadı ilə Lutun arvadını örnək verir. İki müttəqi qulumuzun nikahı altında idilər; ancaq onlara xəyanət etdilər. Ərləri Allahdan gələn heç bir şeyi o ikisindən dəf edə bilmədi. İkisinə də, "Girənlərlə birlikdə cəhənnəmə girin," deyildi.
Hud/11:45
Nuh Rəbbinə səsləndi: "Ey Rəbbim, oğlum mənim ailəmdəndir, Sənin verdiyin söz isə əlbəttə gerçəkdir və Sən, hökm verənlərin ən yaxşısısan."
Hud/11:46
Dedi ki: "Ey Nuh, O, sənin ailəndən ola bilməz. Bilmədiyin bir mövzuda Məndən bir şey istəməyin, müttəqi bir rəftar deyildir. Cahillərdən olmamağı sənə öyüd-nəsihət edirəm."
Nisa/4:54
Yoxsa Allahın Öz lütfündən insanlara verdiyinəmi həsəd aparırlar? Halbuki Biz, İbrahim ailəsinə Kitab və hikmət verdik. Onlara böyük bir səltənət verdik.
Nisa/4:55
Onlardan bəzisi ona iman etdi, bəzisi də ondan üz çevirdi. Onlara cəza olaraq cəhənnəm yetər.
Fatir/35:32
Sonra qullarımızdan seçdiklərimizi kitaba varis etdik. Onlardan bəzisi özlərinə zülm edənlərdir, bəzisi orta yolu tutar, bəzisi də Allahın izni ilə yaxşı işlərdə öncüdür. Bax böyük lütf budur.
Saffat/37:113
Ona da, İshaqa da lütf etdik. Şübhəsiz, ikisinin soyundan həm yaxşı davrananlar, həm də özünə zülm edənlər var.
Hədid/57:26
Biz Nuhu, İbrahimi göndərdik, soylarına peyğəmbərlik və kitab bağışladıq. Bir qismi doğrunu tapdı; amma onlardan çoxu yoldan çıxmışlardı.
Bəqərə/2:253
O elçilərin bəzisinə digərlərindən daha çox lütf göstərdik. Örnək olaraq, bəziləriylə Allah danışdı, bəzilərini də dərəcələrlə yüksəltdi. Məryəm oğlu İsaya açıq-aşkar dəlillər verdik və onu Müqəddəs Ruh ilə dəstəklədik. Allah istəsəydi, onların ardından gələnlər onlara açıq-aşkar dəlillər gəldikdən sonra bir-birləri ilə vuruşmazdılar. Fəqət ixtilafa düşdülər. Bəzisi iman etdi, bəzisi inkar etdi. Allah istəsəydi, bir-biriləri ilə savaşmazdılar. Fəqət, Allah istədiyini edər.