Mucadilə - 58:1 Allah, əri haqqında səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözlərini eşitdi. Allah ikinizin bütün danışdıqlarını eşitmişdir. Allah Eşidəndir, Biləndir.
"Qurandan nə oxuyursunuz oxuyun, Biz mütləq sizə şahid olarıq.": Əlaqəli
Nisa/4:108 İnsanlardan gizləyərlər amma Allahdan gizləyə bilməzlər. Halbuki Onun xoşlanmadığı düşüncələri qurarlarkən O onlarla bərabərdir. Allah onların bütün etdiklərini Əhatə Edir.

Nur/24:64 Göylərdə və yerdə olanların hamısı Allaha aiddir. İçində olduğunuz hər vəziyyəti bilir. Həqiqətən, Ona döndəriləcəkləri gün, etdikləri hər şeyi onlara bildirəcəkdir. Allah hər şeyi biləndir.

Mucadilə/58:1 Allah, əri haqqında səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözlərini eşitdi. Allah ikinizin bütün danışdıqlarını eşitmişdir. Allah Eşidəndir, Biləndir.
Mucadilə/58:7 Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini anlamırsınız? Üç nəfər gizli danışsa, mütləq O onların dördüncüsüdür. Beş nəfər olsalar, mütləq O onların altıncısıdır. İstər bundan az və ya çox və harada olursa olsunlar, O onlarla bərabərdir. Sonra dirilmə günündə onlara etdiklərini xəbər verər. Allah hər şeyi Biləndir.

İsra/17:78 Günəşin əyilməsindən gecənin qaralmasına qədər namazı qoru. Səhər Quranını da qoru. Səhər vaxtı Quran (oxuması) şahid olunur.

Yunus/10:61 Hansı durumda olursunuz olun, Qurandan nə oxuyursunuz oxuyun, hansı işi görərsəniz görün, siz onlarla uğraşarkən Biz mütləq sizə şahid oluruq. Göylərdə və yerdə olan bir atom ağırlığı belə Rəbbinin kontrolunun xaricinə çıxa bilməz. Atomdan da kiçik olsun, böyük olsun, hər şey açıq-aşkar bir kitabda qeyd edilmişdir.