Mucadilə - 58:4 Azad edəcək bir kölə tapa bilməyən, cinsi əlaqədən öncə üst-üstə iki ay boyunca oruc tutmalıdır. Buna gücü çatmayan isə altımış yoxsulu doydurmalıdır. Allaha və elçisinə iman etməlisiniz. Bunlar, Allahın müəyyən etdiyi hədlərdir. İnkar edənlər ağrılı-acılı bir əzaba məhkum olmuşlardır.
İki ay oruc başqa hansı günahın cəzasıdır?
Nisa/4:92 Qəza halı istisna olmaqla iman etmiş bir şəxs, iman etmiş bir şəxsi öldürə bilməz. Kim bir iman edəni qəza ilə öldürmüşsə, iman etmiş bir köləni azad etməli və ölənin ailəsinə diyə ödəməlidir. Ancaq diyəni istəməyib sədəqə olaraq qəbul edərlərsə başqa. Əgər o ölən kimsə, iman edən olduğu halda, sizə düşmən olan bir camaatdandırsa, o zaman iman edən bir köləni azad etməlisiniz. Əgər öldürülən, sizinlə aralarında müqavilə olan bir camaatdandırsa, ailəsinə qanbahası verməli və iman etmiş bir köləni azad etməlisiniz. Kim (lazım olan pulu və ya azad edə biləcəyi bir kölə) tapa bilmirsə, Allah tərəfindən tövbəsinin qəbul edilməsi üçün iki ay fasiləsiz oruc tutmalıdır. Allah Biləndir, Hikmət Sahibidir.