Mucadilə - 58:5
Allaha və Elçisinə qarşı gələnlər, özlərindən öncəkilər necə alçaldıldısa, eləcə alçaldılacaqlar. Biz, açıq-aşkar ayələr nazil etmişik. İnkar edənlər üçün utandırıcı bir əzab vardır.
Öncəkilər kimlərdir?
Qaf/50:12
Onlardan öncə Nuhun xalqı, Rəss əhalisi və Səmud (tayfası) da yalanlamışdı.
Qaf/50:13
Ad (qövmü), Fironun (xalqı), Lutun qardaşları...
Qaf/50:14
Əykə əhalisi və Tubba əhalisi də... Hamısı elçiləri yalanladılar. Bunun üzərinə təhdidim gerçəkləşdi.
Sad/38:12
Onlardan öncə Nuh xalqı, Ad və piramidalar sahibi Firon da yalanlamışdı.
Sad/38:13
Səmud, Lut xalqı və Əykəlilər də... Onlar partiyalardı (firqələrdi).
Həcc/22:42
Səni yalanlayarlarsa, onlardan öncə Nuh, Ad və Səmud xalqları da yalanlamışdılar.
Həcc/22:43
İbrahimin xalqı, Lutun xalqı da...
Həcc/22:44
Mədyən yerliləri də... Musa belə yalanlandı. Mən o kafirlərə möhlət verdim və sonra onları hesaba çəkdim; Məni tanımamaq da necə imiş...
Tovbə/9:70
Nuhun xalqı, Ad, Səmud, İbrahim xalqı, Mədyən sakinləri və alt-üst olmuş ölkələrin (Sodom ve Gomorra) xalqları kimi özlərindən öncəkilərin xəbərləri onlara yetişmədimi? Elçiləri onlara açıq-aşkar dəlillərlə getmişdilər. Allah onlara zülm etmirdi, əksinə onlar öz-özlərinə zülm edirdilər.