Həşr - 59:11
İkiüzlü davrananlara diqqət etmədinmi? Kitab əhlindən inkarçı olan yoldaşlarına, "Çıxardılsanız, biz də sizinlə birlikdə çıxacağıq və sizin əleyhinizə heç bir kimsəyə itaət etməyəcəyik. Sizinlə savaşılarsa, mütləq sizi dəstəkləyəcəyik," deməkdədirlər. Allah onların yalançı olduğuna şahidlik edər.
İkiüzlülər ortada sərgərdan qalarlar:
Maidə/5:52
Qəlblərində xəstəlik olanların: “Başımıza bir bəla gəlməsindən qorxuruq”– deyərək onların arasında dolanıb durduqlarını görəcəksən. Ola bilər ki, Allah, zəfəri və ya Öz tərəfindən bir əmr gətirər, sonra da içlərində gizlədikləri düşüncələrinə görə peşman olarlar.
Nisa/4:141
Onlar sizə göz qoyurlar. Allahdan sizə bir zəfər gəldiyində: “Biz sizinlə birlikdə deyildikmi?”– deyərlər. Qazanma sırası inkar edənlərə gələrsə bu səfər, “Biz sizə dəstək olaraq sizi iman edənlərdən qorumadıqmı," - deyərlər. Dirilmə günü, Allah aranızda hökm verəcəkdir. Allah inkar edənlərə, iman edənlər üzərində hakim olma fürsətini verməyəcək.
Nisa/4:142
İkiüzlülər (münafiqlər), Allahı aldatdıqlarını zənn edər. Halbuki O (Allah), onları (beləcə) aldanmış buraxır. Onlar namaza qalxdıqlarında könülsüz qalxar. Çünki özlərini insanlara göstərərlər və Allahı çox az xatırlayarlar.
Nisa/4:143
(Onlar) arada tərəddüd edib qalarlar; nə bunlara, nə də onlara qatılarlar. Allahın çaşdırdığına bir yol tapa bilməzsən.