Həşr - 59:23 O Allahdır ki, Ondan başqa Tanrı yoxdur. Hökmrandır, Müqəddəsdir, Salamdır (Sülh və salamatlıq bəxş edəndir), Güvəniləndir, Qoruyandır, Üstündür, Güclüdür, Uludur. Allah onların ortaq qoşduqlarından çox Ucadır.
Allah qoruyub, nəzarət edəndir:
Ali İmran/3:173 Onlar ki, insanlar onlara, “Camaat sizə qarşı birləşib hərəkətə keçmiş; qorxun onlardan,”– dediklərində, bu onların ancaq imanını daha da artırar və belə deyərlər: “Bizə Allah yetər; O nə gözəl Qoruyucudur!”

Nisa/4:132 Göylərdə və yerdə nə varsa, Allahındır. Qoruyucu olaraq Allah yetər.

Ənbiya/21:42 De ki: "Sizi Rəhmandan kim gecə və gündüz qoruya bilər? Amma onlar, Rəbbinin mesajından tamamilə üz çevirirlər.

Əhzab/33:17 De ki, "Allah sizin üçün bir pislik istəsə və ya bir rəhmət istəsə, Ona qarşı sizi kim qoruyacaq? Onlar Allahdan başqa bir sahib və yardımçı tapa bilməyəcəklər."

Muhəmməd/47:11 Çünki Allah iman edənlərin Qoruyucusudur. İnkar edənlərin isə bir qoruyucusu yoxdur.

Həşr/59:23 O Allahdır ki, Ondan başqa Tanrı yoxdur. Hökmrandır, Müqəddəsdir, Salamdır (Sülh və salamatlıq bəxş edəndir), Güvəniləndir, Qoruyandır, Üstündür, Güclüdür, Uludur. Allah onların ortaq qoşduqlarından çox Ucadır.

Əraf/7:196 "Bir tək Sahibim (Vəlim), kitabı nazil edən Allahdır. O, dürüst insanları qoruyar."

Yusuf/12:64 "Daha öncə qardaşı üçün sizə necə güvənmişdimsə, indi onun üçün də sizə güvənim eləmi? Allah ən yaxşı Qoruyucudur və O, Mərhəmətlilərin Mərhəmətlisidir."

Rad/13:11 (Onların hər biri üçün) önündən və ardından nöbələşərək izləyənlər vardır. Onu Allahın əmri ilə qoruyurlar. Bir topluluq özünü dəyişdirmədikcə Allah onların durumunu dəyişdirməz. Allah bir topluluq üçün fənalıq istədisə, heç bir güc onu durdura bilməz; onların Ondan başqa bir qoruyub müdafiə edənləri də olmaz.

Əhzab/33:3 Və Allaha güvən. Qoruyucu olaraq Allah yetər.
Əhzab/33:48 İnkar edənlərə və ikiüzlülərə tabe olma, əziyyətlərinə əhəmiyyət vermə və Allaha güvən; qoruyucu olaraq Allah yetər.