Həşr - 59:8
Allahın lütf və rizasını axtardıqları, Allahı və elçisini dəstəklədikləri üçün yurdlarından və mallarından məhrum edilən mühacirlərin fəqirlərinə (öncə onlara verməlisiniz). Doğru olanlar bunlardır.
Köç (hicrət) edənlər haqqında:
Nisa/4:97
Özlərinə zülm edənlərin canlarını alarkən mələklər: “Nə halda idiniz?”– deyərlər. “Biz yer üzündə əzilmiş kimsələr idik," - deyə cavab verərlər. “Allahın yeri geniş deyildimi ki, oralara köç edəydiniz?”– deyərlər. Onların yeri Cəhənnəmdir. O nə pis bir dönüş nöqtəsidir.
Nisa/4:98
Ancaq, heç bir çıxış yoluna imkanı olmayan və köç (hicrət) etməyə yol tapa bilməyən əzilmiş kişi, qadın və uşaqlar istisnadır.
Nisa/4:100
Kim Allah yolunda köç (hicrət) edərsə, yer üzündə sığınacaq çox yer və bolluq tapar. Kim Allaha və Onun Elçisinə tərəf köç (hicrət) etmək üçün evindən çıxar və sonra onu ölüm haqlayarsa, mükafatını vermək Allaha düşər. Allah Bağışlayandır, Rəhmlidir.
Nəhl/16:41
Zülmə uğradıqdan sonra Allah uğrunda köç (hicrət) edənləri dünyada gözəl şəkildə yerləşdirəcəyik. Axirət mükafatları isə daha böyükdür; bir bilsələr...
Bəqərə/2:273
(Yardımı), Allah yolundakı çalışmasından ötrü sərbəstlikləri məhdudlaşdırılaraq, köç etmə imkanından məhrum edilmiş ehtiyac sahiblərinə verin. Onları tanımayanlar, qürürlü rəftarlarına görə onları zəngin sanır. Onları üzlərindən tanıyarsan. İnsanlardan yardım dilənməzlər. Etdiyiniz hər yaxşılığı Allah bilir.
Ənfal/8:74
İman edənlər, Allah yolunda köç (hicrət) edib səy göstərənlər və onlara sığınacaq verib yardım edənlər, bax bunlar gerçək iman edənlərdir. Onlar üçün bağışlanma və bol ruzi vardır.
Tovbə/9:100
Köç edənlərin (mühacir) və yardımçıların (ənsar) öncülərindən və onları gözəlcə izləyənlərdən Allah razı olmuşdur, onlar da Ondan razı olmuşdurlar. Onlara içlərində çaylar axan və əbədi qalacaqları cənnətlər hazırlamışdır. Bax böyük zəfər budur.
Nəhl/16:110
Sonra Rəbbin, təzyiqə məruz qaldıqdan sonra köç (hicrət) edən, cihad edən və müqavimət göstərənlər üçün, bəli sənin Rəbbin, şübhəsiz onlar üçün Bağışlayandır, Rəhmlidir.
Həcc/22:58
Allah yolunda köç (hicrət) etdikdən sonra ölənlər və ya öldürülənlər, Allah tərəfindən gözəl bir ruzi ilə bəslənəcəklər. Şübhəsiz Allah ruzi verənlərin ən yaxşısıdır!
Nur/24:22
Sizdən mal və imkana sahib olanlar, əqrəbalara, yoxsullara və Allah yolunda köç (hicrət) edənlərə verməmək üçün and içməsinlər. Əfv etsinlər, keçsinlər. Allahın sizi bağışlamasını sevmirsiniz? Allah Bağışlayandır, Rəhmlidir.
Əhzab/33:6
Peyğəmbər, iman edənlərə, özlərindən daha yaxındır və xanımları isə analarıdır. Allahın kitabına görə, iman edənlər, köçərilərdən (hicrət edənlərdən) özlərinə əqrəba olanları daha ön planda tutmalıdır. Ancaq dostlarınıza yaxşılıq etməyiniz xaric. Bunlar, bu kitabda qanuniləşmişdir.
Ənfal/8:72
İman edənlər, Allah yolunda köç (hicrət) edənlər, malları və canları ilə cihad edənlər və onlara sığınacaq verib onlara yardım edənlər bir-birlərinin dostudur. İman etdiyi halda sizinlə birlikdə köç (hicrət) etməyənlər köç (hicrət) edincəyə qədər onlardan məsul deyilsiniz. Ancaq onlar, din bağına görə sizdən yardım istəyərlərsə, aranızda razılaşma (müqavilə) olan bir camaata qarşı olmaması şərti ilə onlara Yardım etməlisiniz. Allah etdiklərinizi Görəndir.
Həşr/59:9
Onlardan öncə yurd və inanca sahib olanlar, onlara hicrət edənləri sevərlər və verdiklərindən ötrü içlərində bir narahatçılıq hiss etməzlər. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən öndə tutarlar. Doğrusu, nəfslərinin xudbinliyindən qorunanlar qurtulanlardır.
Ali İmran/3:195
Rəbləri onlara cavab verdi: "Mən, sizdən heç bir çalışanın etdiyini mükafatsız buraxmaram, istər kişi olsun, istər qadın olsun; hamınız eynisiniz. Köç (hicrət) edənlər, öz yurdlarından çıxarılanlar, yolumda işgəncə və həqarətə məruz qalanlar, vuruşanlar və öldürülənlər... Onların pisliklərini örtəcəyəm və onları içlərində çaylar axan bağçalara yerləşdirəcəyəm. Allahdan bir qarşılıq olaraq... Ən gözəl qarşılıq Allahın yanındadır.”