Maidə - 5:104          
          
                        Onlara: "Allahın nazil etdiyinə və elçiyə tərəf gəlin," deyildiyində, "Atalarımızı üzərində gördüyümüz yol bizə yetər!" - deyərlər. Ataları, bir şey bilməyən və doğru yolu tapa bilməyən kimsələr olsa necə?          
        
        
          İzləməyimiz və tabe olmağımız lazım olan şey:        
      
                  
                    
                      Zumər/39:55                    
                  
                  
                                        O əzab gözləmədiyiniz anda sizi qəflətən yaxalamamışdan öncə, Rəbbiniz tərəfindən sizə endirilən ən gözələ tabe olun.                  
                
                
              
                  
                    
                      Zumər/39:56                    
                  
                  
                                        (Ona görə) ki: "Allahın təliminə əhəmiyyət verməməyimdən ötrü vay halıma; doğrusu mən istehza edənlərdən idim," deməsin.                  
                
                
              
                  
                    
                      Zumər/39:57                    
                  
                  
                                        Və ya, "Allah məni doğruya yönəltsəydi, həqiqətən müttəqilərdən biri olacaqdım," deməsin.                   
                
                
              
                  
                    
                      Zumər/39:58                    
                  
                  
                                        Yaxud əzabı gördüyü an, "Kaş ki, əlavə ikinci şansım olsaydı, gözəl davrananlardan olsaydım," deməsin.                  
                
                
              
                  
                    
                      Əraf/7:157                    
                  
                  
                                        Həqiqətən onlar (vaxtı gəlincə) yanlarındakı Tövrat və İncildə yazılı gördükləri o elçini, o ümmi (Tövrat və İncil oxumamış) peyğəmbəri izləyərlər. (O Peyğəmbər) onlara yaxşılığı əmr edər və onları pislikdən çəkindirər; onlara gözəl şeyləri halal, pis şeyləri də haram edər; üzərlərindəki ağırlıqları və onların buxovlarını qaldırıb atar. Ona iman edənlər, ona ehtiram edənlər, ona yardım edənlər, onunla birlikdə nazil edilən nuru izləyənlər uğur qazananlardır.                  
                
                
              
                  
                    
                      Əraf/7:3                    
                  
                  
                                        Rəbbinizdən sizə nazil ediləni izləyin. Ondan başqalarını dost seçərək izləməyin. Nə qədər də az öyüd alırsınız!                   
                
                
              
                  
                    
                      Əhzab/33:2                    
                  
                  
                                        Rəbbindən sənə nazil edilənə tabe ol! Allah etdiklərinizdən Xəbərdardır.                  
                
                
              
                  
                    
                      Ənam/6:106                    
                  
                  
                                        Rəbbindən sənə nazil edilənə tabe ol!  Ondan başqa tanrı yoxdur. Ortaq qoşanlardan da üz çevir.                  
                
                
              
                  
                    
                      Zuxruf/43:43                    
                  
                  
                                        Sənə vəhy edilənə sarıl; çünki sən doğru yoldasan.