Maidə - 5:119          
          
                        Allah elan edəcək: "Bu, doğrulara doğruluqlarının fayda verdiyi gündür." Onlar üçün içlərindən çaylar axan və orada sürəkli qalacaqları cənnətlər (bağçalar) var. Allah onlardan, onlar da Ondan razı olmuşdur. Böyük uğur məhz budur...          
        
        
          Əlaqəli:        
      
                  
                    
                      Əhzab/33:7                    
                  
                  
                                        Nəbilərdən (peyğəmbərlərdən) misaq (söz) almışdıq. Səndən, Nuhdan, İbrahimdən, Musadan və Məryəm oğlu İsadan... Onlardan çox sağlam bir söz almışdıq.                  
                
                
              
                  
                    
                      Əhzab/33:8                    
                  
                  
                                        Beləcə doğrulardan doğruluqlarını soruşacağıq. İnkarçılar üçün isə ağrılı-acılı bir əzab hazırlanmışdır.