Maidə - 5:12
Allah, İsrail oğullarından söz almışdı və içlərindən on iki başçı göndərmişdik. Allah demişdi ki: “Namazı qoruyarsanız, zəkatı verərsəniz, elçilərimə iman edip onlara hörmət qoyarsanız və Allaha gözəl bir borc verərsəniz sizinlə bərabərəm. Günahlarınızı örtər, içlərindən çaylar axan bağçalarda ağırlayaram. Artıq sizdən kim bundan sonra inkar edərsə, doğru yoldan azmış olar."
Qurana görə azğınlıq:
Əhqaf/46:5
Allahı buraxıb, sonra da Dirilmə Gününə qədər onlara cavab verə bilməyən və hətta onların dualarından belə xəbərsiz olanları çağıranlardan daha azğın kim ola bilər?
Həcc/22:12
Allahdan ayrı olaraq, özünə fayda və zərər verə bilməyənlərə yalvarır. Azğınlığın ən son nöqtəsi budur!
Ya sin/36:23
"Ondan başqa tanrılarmı qəbul edim? Əgər Rəhman mənə zərər vermək istəsə, nə onların şəfaəti mənə bir fayda verə bilər, nə də məni qurtara bilərlər."
Ya sin/36:24
"O zaman tamamilə yoldan çıxmış olaram."
Nisa/4:116
Allah Özünə ortaq qoşulmasını bağışlamaz; bundan başqasını istədiyinə bağışlayar. Kim Allaha ortaq qoşarsa, tamamilə azmış olar.
Ənam/6:74
İbrahim, atası Azərə belə demişdi: "Heykəlləri tanrı qəbul edirsən? Səni və xalqını bütünlüklə açıq-aşkar bir azğınlıq içində görürəm."
Nəhl/16:36
Hər bir cəmiyyətin içində, "Allaha qulluq edin və bütpərəstlikdən çəkinin," deyən bir elçi göndərdik. Onlardan bəzisinə Allah yol göstərdi, bəzisi də azğınlıqda qalmağa məhkum oldu. Yer üzünü gəzib dolaşın və yalanlayanların sonunun necə olduğuna diqqət edin.
Hicr/15:42
"Əlbəttə, sadəcə Mənə qulluq edənlərə qarşı bir gücün yoxdur. Ancaq sənə tabe olan azğınlara gücün yetər."
Nisa/4:136
Ey iman edənlər! Allaha, elçisinə, elçisinə nazil etdiyi kitaba və daha öncədən nazil etdiyi kitaba iman edin! Kim Allahı, mələklərini, kitablarını, elçilərini və axirət gününü inkar edərsə tamamilə azmış olar.
Nisa/4:167
İnkar edənlər və Allah yolundan yayındıranlar, tamamilə azmış olar.
Bəqərə/2:256
Dində məcburiyyət yoxdur. Artıq doğruluq, azğınlıqdan ayrılmışdır. Kim ki, tağutu (despotları və şeytani doktrinaları) inkar edib Allaha iman edirsə, qırılmaz və sağlam bir bağdan yapışmışdır. Allah Eşidir, Bilir.
Ali İmran/3:90
İmanlarından sonra inkar edib, inkarlarında həddi aşanların tövbələri qəbul edilməz; onlar artıq tamamilə azmışdır.
Əraf/7:30
Bir qrupu doğru yola yönəltdi, bir qrup da azğınlığa layiq görüldü. Onlar şeytanları Allahdan başqa dostlar qəbul etdilər. Amma özlərini doğru yolda sanırlar.
Şuəra/26:96
Orada höcətləşərək belə danışacaqlar:
Şuəra/26:97
"Allaha and olsun, biz gerçəkdən çox açıq-aydın bir azğınlıq içində imişik."
Şuəra/26:98
"Çünki sizi aləmlərin Rəbbinə tay tuturduq."
Qasas/28:50
Sənə cavab verməsələr, bil ki, sadəcə yanlış düşüncələrinə tabe olurlar. Allahdan gələn bir yol göstərici olmadan, yanlış düşüncələrinə tabe olandan daha azğın kim ola bilər? Şübhəsiz Allah zalım xalqı doğruya yönəltməz.
Zumər/39:22
Allah kimin köksünü İslama açarsa, o Rəbbindən bir nur üzərindədir. Allahın mesajına qarşı qəlbləri qatılaşanların vay halına. Onlar açıq-aydın bir azğınlıqdadır.
Ali İmran/3:164
Allah iman edənlərin içərisindən, onlara ayələrini oxuyan, onları təmizləyən, onlara Kitabı və Hikməti öyrədən bir Elçi göndərməklə lütufta bulundu. Halbuki onlar daha öncə açıq-aşkar bir azğınlıq içində idilər.
Fussilət/41:52
De ki, "Əgər o (mesaj) Allahdan idisə və siz də onu təkzib etmişsinizsə? Buna qarşı qətiyyətli mövqe tutandan daha azğın kim ola bilər?
Şura/42:18
Ona iman etməyənlər onun haqqında meydan oxuyurlar. Ona iman edənlər isə ondan təşvişə düşərlər və onun gerçək olduğunu bilirlər. Saat mövzusunda şübhəyə düşənlər böyük bir azğınlıq içindədirlər.
Vaqiə/56:92
Amma o yalanlayan azğınlardandırsa-
Vaqiə/56:93
Qaynar sudan bir qarşılanma-