Maidə - 5:49
Aralarında Allahın nazil etdiyi ilə hökm verməlisən. Onların kefinə uyma. Allahın sənə nazil etdiklərinin bir qismindən əsla səni çaşdırmasınlar. Üz çevirərlərsə, demək ki, Allah bəzi günahlarına görə onları cəzalandırmaq istəyir. Gerçəkdən insanların çoxu yoldan çıxmışdır.
İman edənlər tək başlarına ikən Rəblərinə dəyər verərlər:
Ya sin/36:11
Sən ancaq, mesaja tabe olan və yalnız başına ikən Rəhmana qarşı hörmətli olan bir kimsəni xəbərdar edə bilərsən. Onu bağışlanma və bol bir mükafatla müjdələ.
Maidə/5:94
Ey iman edənlər! Əllərinizin və nizələrinizin çata biləcəyi ovlarla Allah sizi sınayacaq ki, yalnız ikən də Ondan qorxanları Allah ayırsın. Kim bundan sonra həddi aşarsa, onun üçün ağrılı-acılı bir əzab vardır.
Ənbiya/21:49
O kəslər ki, kimsə onları görməzkən belə Rəblərinə ehtiram edərlər və Saatın dəhşətini hiss edərlər.
Furqan/25:64
Gecənin yalnızlığında Rəblərinə səcdə edib düşünərlər.
Furqan/25:65
Və onlar belə deyərlər, "Rəbbimiz, Cəhənnəm cəzasını bizdən uzaqlaşdır. Onun cəzası qorxuncdur."
Fatir/35:18
Kimsə kimsənin günahını yüklənməz. Günahla yüklənmiş birisi yükünü daşımaq üçün əqrəbalarını belə çağırsa onun yükündən heç bir şey daşınmaz. Sən yalnızca, öz başlarına ikən Rəblərinə hörmət edən və namazı qoruyan şəxsləri xəbərdar edə bilərsən. Kim özünü təmizləyərsə, öz xeyrinə təmizlənmişdir. Dönüş Allahadır.
Qaf/50:33
Onlar yalnız olduqlarında belə Rəhmana hörmət edərlər və (Ona) yönəlmiş bir qəlb gətirənlərdir.
Mulk/67:12
O kəslər ki, kimsə onları görməzkən belə Rəblərinə ehtiram edərlər. Bir bağışlanma və böyük bir mükafat vardır.
Maidə/5:1
Ey iman edənlər! Anlaşmalarınızı yerinə yetirin. Sizə oxunacaq olanların xaricindəki heyvanlar sizə halal edildi. Yalnız ihramda olarkən ov etməyi halal saymamaq şərtiylə... Allah istədiyi hökmü verir.