Maidə - 5:7
Allahın üzərinizdəki nemətini və Onunla etdiyiniz sözləşməni xatırlayın: "Eşitdik və itaət etdik," demişdiniz. Allahı dinləyin; Allah içinizdə olanları bilir.
Allah ilə etdiyimiz sözləşmə:
Maidə/5:7
Allahın üzərinizdəki nemətini və Onunla etdiyiniz sözləşməni xatırlayın: "Eşitdik və itaət etdik," demişdiniz. Allahı dinləyin; Allah içinizdə olanları bilir.
Bəqərə/2:285
Elçi, Rəbbindən ona nazil edilənə iman etdi, iman edənlər də... Hamısı, Allaha, mələklərinə, kitablarına və elçilərinə iman edirlər: "Elçilərinin arasında heç bir fərq qoymarıq.” Deyərlər ki: "Eşitdik və tabe olduq. Rəbbimiz bizi bağışla; dönüş Sənədir."
Əraf/7:172
Rəbbin, Adəm oğullarının bellərindən soylarını çıxarırkən onları öz-özlərinə şahid tutar: "Mən Rəbbiniz deyiləmmi?" "Bəli, şahidlik edirik," deyərlər. Beləcə dirilmə günü, "Biz bundan xəbərsiz idik," deyə bilməzsiniz.
Ya sin/36:60
Ey Adəmin övladları, şeytana qulluq/xidmət etməyəcəyinizə dair sizdən söz almamışdımmı? O sizin açıq-aydın düşməninizdir.
Hədid/57:8
Rəbbinizə iman etməyiniz üçün elçi sizi çağırdığı halda sizə nə olur ki, hələ də Allaha iman etmirsiniz? Həm də, O, sizdən söz almışdı, əgər iman edirsinizsə.