Maidə - 5:7 Allahın üzərinizdəki nemətini və Onunla etdiyiniz sözləşməni xatırlayın: "Eşitdik və itaət etdik," demişdiniz. Allahı dinləyin; Allah içinizdə olanları bilir.
Ali İmran/3:103 Allahın ipinə birlikdə daha möhkəm sarılın; ayrılığa düşməyin. Allahın sizə olan nemətini xatırlayın. Siz bir-birinizə düşmənlər idiniz, qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində qardaşlar oldunuz. Bir atəş çuxurunun kənarında idiniz, sizi ondan qurtardı. Yola gələsiniz deyə Allah ayələrini belə açıqlayır.