Maidə - 5:85
Bu sözlərindən ötrü Allah onlara, içlərində çaylar axan və sürəkli qalacaqları cənnətlər verdi. Yaxşı davrananların qarşılığı budur.
Kitab əhlindən iman edənlər:
Ali İmran/3:110
Siz, insanlar üçün (üzə) çıxarılmış ən yaxşı topluluqsunuz. Yaxşılığı öyüd-nəsihət edir, pislikdən çəkindirir və Allaha iman edirsiniz. Kitab əhli iman etsəydi, özləri üçün yaxşı olardı. İçərilərində iman edənlər olmaqla birlikdə əksəriyyəti yoldan çıxmışdır.
Ali İmran/3:113
Ancaq hamısı eyni deyil. Kitab əhlindən ən doğru bir qrup var ki, gecələri Allahın ayələrini oxuyub səcdə edərlər.
Ali İmran/3:114
Allaha və Axirət gününə iman edirlər, yaxşılığı öyüd-nəsihət edir, pislikdən çəkindirər və yaxşı işlərə tələsirlər. Məhz onlar yaxşılardandır.
Ali İmran/3:199
Kitablıların elələri var ki, Allaha, sizə nazil edilənə, özlərinə nazil edilənə iman edirlər, Allaha qarşı dərin hörmətə sahibdirlər. Allahın ayələrini az bir dəyərə satmazlar. Onların mükafatları Rəblərinin yanındadır. Allah haqq-hesabı tez çəkəndir.
Maidə/5:82
İnsanların arasında iman edənlərin ən azğın düşməni olaraq Yəhudiləri və müşrikləri görəcəksən. İman edənlərə sevgi baxımından ən yaxın olanları da “Biz Xristianıq!” – deyənləri görərsən. Çünki onların arasında təkəbbür göstərməyən papalar və rahiblər vardır.
Maidə/5:83
Elçiyə nazil edilənləri dinlədikləri zaman, gerçəyi tanımalarından ötrü gözlərinin yaşla dolduğunu görərsən. Deyərlər ki, "Rəbbimiz! İman etdik, bizi şahidlərdən hesab et."
Bəqərə/2:62
İman edənlər, Yəhudilər, digər dinlərdən olanlar və Xristianlardan kim Allaha və Axirət gününə iman edər və muttəqi bir həyat sürərsə, mükafatı Rəblərinin yanındadır. Onlara qorxu yoxdur və onlar üzülməzlər.