Mumtəhənə - 60:1
Ey iman edənlər, Mənim düşmənimi və sizin düşməninizi dost tutmayın. Sizə gələn gerçəyi inkar etmiş və Rəbbiniz olan Allaha iman etdiyiniz üçün elçini və sizi (ölkənizdən) çıxarmış olduqları halda, siz onlara sevgi göstərirsiniz. Razılığımı qazanmaq üçün yolumda bir cihada çıxdınızsa, onları necə gizlicə sevə bilərsiniz? Halbuki Mən, gizlədiyinizi də, aşkara çıxardığınızı da çox yaxşı bilirəm. Sizdən kim belə davranarsa, doğru yoldan sapmış olar.
Gerçəkdən məqsəd nədir?
Maidə/5:48
Özündən öncəki kitabları təsdiqləyən, onların yerinə keçən bu kitabı, gerçəklərlə əhatə olunmuş olaraq sənə nazil etdik. Allahın sənə nazil etdiyi ilə aralarında hökm ver. Sənə gələn gerçəkləri buraxıb onların həvəsinə uyma. Hər biriniz üçün bir qanun və üsul müəyyən etdik. Allah istəsəydi hamınızı tək bir camaat edərdi. Ancaq, sizə verdikləriylə sizi sınayır. Yaxşılıq etməkdə yarışın. Hamınızın dönüşü Allahadır. Ayrılığa (ixtilafa) düşdüyünüz mövzuları sizə bildirəcək.
Bəqərə/2:91
Onlara, “Allahın nazil etdiyinə iman edin!”– deyildiyində, (onlar:) “Biz özümüzə nazil edilənə iman edirik”– deyərək ondan sonra gələni inkar edərlər. Halbuki bu, yanlarında olanı təsdiqləyən gerçəkdir. De: “İman etmişdinizsə, nə üçün daha öncə Allahın peyğəmbərlərini öldürürdünüz?”
Ali İmran/3:3
Sənə bu kitabı, özündən öncəkiləri təsdiqləyici olaraq gerçəklə nazil etdi. Tövratı və İncili də nazil etdi.
Yunus/10:108
De ki: "Ey insanlar, Rəbbinizdən sizə gerçək gəlmişdir. Kim yola gələrsə, özü üçün yola gəlmiş olar. Kim də azarsa, öz zərərinə azar. Mən, sizə cavabdeh deyiləm."
İsra/17:81
Və bunu bildir ki: "Gerçək gəlmiş, yanlış isə ortadan qalxmışdır. Onsuz da yanlış, məhv olmağa məhkumdur."
Kəhf/18:13
Onların xəbərini sənə gerçək olaraq anlatırıq. Onlar Rəblərinə iman etmiş gənclər idi. Onların hidayətini artırmışdıq.
Məryəm/19:34
Bax, Məryəm oğlu İsa belə idi. Haqqında şübhəyə düşdükləri mövzunun gerçəyi budur.
Həcc/22:52
Səndən öncə, arzularına şeytanın qarışmadığı heç bir elçi və heç bir peyğəmbəri göndərmədik. Allah şeytanın atdığı şeyləri ortadan qaldırar və sonra Allah ayələrini sağlamlaşdırar. Allah Biləndir, Hikmət sahibidir.
Həcc/22:53
Beləcə, şeytanın atdığını qəlblərində xəstəlik olanlar və qəlbləri qatı olanlar üçün bir sınaq halına salar. Zalımlar, əlbəttə açıq-aşkar bir ziddiyyət içindədirlər.
Həcc/22:54
Bu vəziyyət, eyni zamanda, özlərinə bilgi verilmiş olanların, bunun Rəbbindən gələn bir gerçək olduğunu anlamalarını təmin edər. Beləcə qəlbləri onu mənimsəyər və iman edərlər. Allah, əlbəttə, iman edənləri doğru yola yönəldər.
Furqan/25:32
İnkar edənlər: "Quran, ona nə üçün bir dəfədə nazil edilmədi?" dedilər. Biz bu şəkildə onu yaddaşına yerləşdirməkdə və onu müəyyən edilmiş bir sıraya görə oxumaqdayıq.
Furqan/25:33
Onların sənə yönəltdikləri hər tezisə (iddiaya) qarşı, Biz sənə gerçəyi və ən gözəl açıqlamanı gətirərik.
Səcdə/32:3
"Onu uydurdu"mu deyirlər? Halbuki bu, səndən öncə özlərinə bir xəbərdar edən (elçi) yetişməmiş bir camaatı, bəlkə yola gələrlər deyə xəbərdar etməyin üçün Rəbbindən gələn bir gerçəkdir.
Fatir/35:31
Bu kitabda sənə vəhy etdiklərimiz, özündən öncəkiləri təsdiqləyən gerçəkdir. Allah qullarından Xəbərdardır, Görəndir.
Şura/42:24
Onlar, "O, Allah haqqında yalan uydurdu." deyirlər, eləmi? Allah istəsə, sənin qəlbini möhürləyər. Allah yanlışı silər və sözləri ilə gerçəyi yerləşdirər. O ən gizli düşüncələri bilir.
Casiyə/45:6
Bunlar, sənə gerçək olaraq oxuduğumuz Allahın ayələridir. Allahdan və ayələrindən başqa hansı hədisə inanırlar?
Nəcm/53:28
Onların bu mövzuda bir bilgiləri yoxdur, onlar ancaq zənnə uyurlar. Zənn isə gerçəyin yerini tuta bilməz.
Saff/61:9
O, elçisini hidayət və gerçək din ilə göndərdi ki, onu bütün dinlərə üstün etsin, ortaq qoşanlar xoşlanmasa da...
Bəqərə/2:176
Belədir; çünki Allah gerçəyi əhatə edən kitabı nazil etmişdir və kitab haqqında mübahisə edənlər isə həqiqətən dərin bir anlaşılmazlıq içindədir.
Bəqərə/2:213
İnsanlar tək bir topluluq idi. Allah peyğəmbərləri müjdələyici və xəbərdar edici olaraq göndərdi. Və ixtilafa düşdükləri mövzularda insanların arasında hökm etmələri üçün onlarla birlikdə gerçəyi əhatə edən kitabı nazil etdi. Halbuki kitab verilənlər onlara açıq-aydın dəlillər gəldikdən sonra aralarındakı qısqanclıqdan ötrü onun haqqında ixtilafa düşdülər. Fəqət Allah, izni ilə iman edənləri onların ixtilafa düşdüyü gerçəyə yetişdirdi. Allah istədiyini/istəyəni doğru yola yönəldir.
Ali İmran/3:59
Allaha görə İsanın örnəyi, Adəmin örnəyi kimidir; torpaqdan forma verdikdən sonra ona "Ol," - dedi və o da oldu.
Ali İmran/3:60
Bu, Rəbbindən gələn gerçəkdir; şübhə edənlərdən olma.
Ali İmran/3:61
Sənə gələn bu bilgidən sonra hər kim bu mövzuda səninlə mübahisə edərsə, de ki: “Gəlin övladlarımızı, övladlarınızı, qadınlarımızı, qadınlarınızı çağıraraq biz və siz (hamılıqla) bir araya gələk və sonra Allahın lənətinin yalançıların üzərinə olması üçün lənətləşək."
Ali İmran/3:62
Məhz, deyilənlərin gerçəyi budur. Allahdan başqa heç bir tanrı yoxdur və əlbəttə Allah Güclüdür, Hikmət Sahibidir.
Əhqaf/46:29
Cinlərdən bir qrupu, Quranı dinləmək üzrə sənə yönəltmişdik. Onun yanına gəldiklərində, "Susun," dedilər. (Oxuma) tamamlanınca topluluqlarına bir xəbərdar edici olaraq döndülər.
Əhqaf/46:30
Dedilər: "Ey xalqımız, Biz, Musadan sonra, özündən öncəkiləri təsdiqləyici olaraq nazil edilən bir kitabı dinlədik. O gerçəyə və ən doğru yola yönəltməkdədir."