Mumtəhənə - 60:1 Ey iman edənlər, Mənim düşmənimi və sizin düşməninizi dost tutmayın. Sizə gələn gerçəyi inkar etmiş və Rəbbiniz olan Allaha iman etdiyiniz üçün elçini və sizi (ölkənizdən) çıxarmış olduqları halda, siz onlara sevgi göstərirsiniz. Razılığımı qazanmaq üçün yolumda bir cihada çıxdınızsa, onları necə gizlicə sevə bilərsiniz? Halbuki Mən, gizlədiyinizi də, aşkara çıxardığınızı da çox yaxşı bilirəm. Sizdən kim belə davranarsa, doğru yoldan sapmış olar.
Keçmiş cəmiyyətlərdə də inkar edənlər iman edənləri sürgün etdilər:
Əraf/7:88 Xalqının təkəbbürlü öncüləri, "Şueyb, ya səni və səninlə bərabər iman edənləri şəhərimizdən sürgün edəcəyik, ya da dinimizə geri dönərsiniz!" dedilər. O da belə dedi: "Biz istəməsək də, eləmi?"

Məryəm/19:46 (Atası:) "İbrahim, sən mənim tanrılarımdan üzmü çevirirsən? Buna son qoymasan, səni daşqalaq edəcəyəm. Məndən uzaqlaş!" dedi.

İbrahim/14:9 Sizdən öncəkilərin, Nuh, Ad və Səmud xalqının və onlardan sonra gəlib, sadəcə Allahın bildiyi kimsələrin xəbərləri sizə yetişmədimi? Elçiləri onlara açıq-aşkar dəlillərlə getdilər, fəqət onlara dəyər vermədilər (alçaltdılar) və "Biz gətirdiyiniz şeyi inkar edirik və bizi çağırdığınız mesaj haqqında şəkkimiz və şübhəmiz var," dedilər.
İbrahim/14:10 Elçiləri: "Göyləri və yeri yarıb yaradan Allahamı şəkk edirsiniz? Günahlarınızı bağışlamaq üçün sizi çağırır və sizə möhlət verir," dedilər. Onlar da, "Siz, ancaq bizim kimi insanlarsınız, atalarımızın qulluq/xidmət etməkdə olduğu şeydən bizi çevirmək istəyirsiniz. Bizə açıq-aydın bir səlahiyyət sənədi gətirin," dedilər.
İbrahim/14:11 Elçiləri isə onlara belə dedilər: "Biz, əlbəttə sizin kimi bir insanıq. Ancaq, Allah, qullarından istədiyini seçərək ona lütf edir. Allahın izni olmadan sizə bir səlahiyyət sənədi gətirə bilməmiz mümkün olan şey deyil. İman edənlər Allaha güvənməlidir.
İbrahim/14:12 "Bizə yollarımızı göstərdiyi halda, nə üçün Allaha güvənməyək? Sizin bizə etdiyiniz əziyyətə qarşı səbrlə müqavimət göstərəcəyik. Güvənənlər Allaha güvənməlidir."
İbrahim/14:13 İnkar edənlər elçilərinə, "Ya bizim dinimizə geri dönərsiniz, ya da sizi yurdumuzdan qovarıq!" dedilər. Rəbləri onlara, "Zalımları məhv edəcəyik," deyə vəhy etdi,

İsra/17:76 Səni ölkədən çıxarmaq üçün az qala səni zorla qovacaqlar. Belə olsaydı, səndən sonra onlar da çox qalmayacaqlar.

Kəhf/18:19 Beləcə onları oyatdıq ki, bir-birlərindən soruşsunlar. Onlardan biri: "Nə qədər qaldınız?" deyə soruşdu. "Bir gün, yaxud günün bir hissəsi qədər qaldıq," dedilər. "Nə qədər qaldığınızı Rəbbiniz daha yaxşı bilir. Birinizi bu pul ilə şəhərə göndərək ki, ən təmiz və ləziz yeməkləri seçib sizə bir azuqə gətirsin. Diqqətli davranaraq kimsənin diqqətini üstünə çəkməsin," deyə əlavə etdilər.
Kəhf/18:20 "Onlar sizi fərq edərlərsə, sizi daşqalaq edərlər və ya sizi öz dinlərinə döndərərlər ki, bu vəziyyətdə də, əsla uğur qazana bilməzsiniz."