Mumtəhənə - 60:12 Ey Peyğəmbər, iman edən qadınlar sənə sığındıqlarında, Allaha heç bir şeyi ortaq qoşmamaq, oğurluq etməmək, zina etməmək, uşaqlarını öldürməmək, bir iftira uydurub gətirməmək və doğru işlərdə sənə qarşı gəlməmək üzrə and içib söz verərlərsə, onların sözünü qəbul et və onlar üçün Allahdan bağışlanma dilə. Allah Bağışlayandır, Rəhmlidir.
Oğrular haqqında:
Maidə/5:38 Oğru kişinin və oğru qadının əllərini, etdiklərinə qarşılıq kəsin. Bu, Allahın nəzərdə tutduğu bir çəkindirmə üsuludur. Allah Güclüdür, Hikmət Sahibidir.

Yusuf/12:69 Yusufun hüzuruna girdiklərində, qardaşını yanına yaxınlaşdırdı və "Mən sənin qardaşınam; onların etdiklərinə üzülmə," dedi.
Yusuf/12:70 Onların ərzaq yükünü hazırladınca bir su qabını qardaşının torbasına qoydu. Daha sonra bir münadi belə səsləndi: "Ey karvan siz oğrularsınız."
Yusuf/12:71 Onları qarşılayaraq, "Nəyi itirdiniz?" dedilər.
Yusuf/12:72 "Kralın su qabını itirdik. Kim onu gətirərsə, ona bir dəvə yükü mükafat veriləcəkdir. Mən buna zaminəm."
Yusuf/12:73 Dedilər ki: "Allaha and olsun, siz də bilirsiniz ki, biz bu ölkədə fəsad törətməyə gəlmədik, biz oğru da deyilik."
Yusuf/12:74 Dedilər: "Yaxşı, əgər yalan söyləyirsinizsə, onun cəzası nədir?"
Yusuf/12:75 Dedilər: "Onun cəzası, kimin torbasında olarsa, o şəxs saxlanılar. Biz zalımları belə cəzalandırırıq."