Mumtəhənə - 60:13 Ey iman edənlər, Allahın qəzəbləndiyi bir topluluğu dost seçməyin. İnkar edənlər, məzardakılardan necə ümid kəsmişlərsə, onlar da axirətdən elə ümid kəsmişdirlər.
İman edənlərin dostluq etməmələri lazım olan insanlar:
Ali İmran/3:28 İman edənlər, iman edənləri buraxıb inkar edənləri dost seçməsinlər. Kim bunu edərsə Allah ilə bir əlaqəsi qalmaz. Ancaq onlardan qorxma halınız başqa... Allah Özü haqqında sizə xəbərdarlıq edir. Dönüş Allahadır.

Tovbə/9:67 İkiüzlü kişilər və ikiüzlü qadınlar bir-birlərindəndir. Onlar pisliyi öyüd-nəsihət edərlər, yaxşılıqdan çəkindirərlər. Əlləri sıxdır. Onlar Allahı unutdular, O da onları unutdu. İkiüzlülər, yaxşıca yoldan çıxanlardır.

Mucadilə/58:22 Allaha, elçisinə və Axirət gününə iman etmiş bir topluluq görə bilməzsən ki, Allaha və elçisinə qarşı gələnləri dost seçsin. Hətta onlar, özlərinin anaları, ataları, uşaqları, oğulları, qardaşları və əqrəbaları olsa belə... Qəlblərinə inancı yazmış və qatından bir vəhylə dəstəkləmişdir. Onları içlərindən çaylar axan, əbədi qalacaqları cənnətlərə daxil edər. Allah onlardan razı olmuşdur, onlar da Ondan razı olmuşlardır. Onlar Allahın partiyasıdır (firqəsidir). Heç şübhəsiz, Allahın partiyası (firqəsi) qazanacaqdır.

Mumtəhənə/60:8 Allah, din uğrunda sizinlə savaşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla ədalətli davranmanızı qadağan etməz. Allah ədalətli davrananları sevər.
Mumtəhənə/60:9 Ancaq Allah, sadəcə, sizinlə din uğrunda savaşan, sizi yurdunuzdan çıxardan və çıxarılmanıza yardım edən kimsələrlə dost olmanızı qadağan edər. Onları dost seçənlər zalımlardır.

Tovbə/9:114 İbrahimin atası üçün bağışlanma diləməsinin bircə səbəbi ona öncədən söz vermiş olması idi. Nə zaman ki, onun Allah düşməni olduğu ona (İbrahimə) bəlli olunca ondan uzaqlaşdı. İbrahim çox duyğulu və çox şəfqətli idi.

Ali İmran/3:118 Ey iman edənlər! Sizə pislik etməkdən geri çəkilməyən, sizin sıxıntıya düşməyinizi istəyən kimsələri sirdaş qəbul etməyin. Ağızlarından kin və nifrət tökülür. Kökslərində gizlətdikləri isə daha böyükdür. Sizə ayələri açıqladıq; düşünürsünüzsə,

Nisa/4:88 Sizə nə olur ki, ikiüzlülər haqqında iki qrupa ayrılırsınız? Etdikləri əməllərə görə Allah onları baş aşağı çevirdi. Allahın azdırdığını sizmi doğru yola yetişdirmək istəyirsiniz? Allahın azdırdığı kimsəyə sən heç bir yol tapa bilməzsən.
Nisa/4:89 Sizin də özləri kimi inkar etmənizi istədilər ki, onlarla eyni olasınız. Allah yolunda hərəkətə keçincəyə qədər onlardan kimsəni dost tutmayın. Sizə qarşı olarlarsa onları tutun, onları tapdığınız yerdə öldürün. Onları nə dost, nə də yardımçı tutmayın;
Nisa/4:140 Sizə kitabda bildirmişdir ki: Allahın ayələrinin inkar edilib məsxərəyə qoyulduğunu eşitdiyiniz zaman, onlar başqa bir sözə keçincəyə qədər onlarla birlikdə oturmayın; yoxsa siz də onlar kimi olarsınız. Allah bütün ikiüzlüləri (münafiqləri) və inkar edənləri Cəhənnəmdə toplayacaqdır.
Nisa/4:144 Ey iman edənlər! İman edənləri buraxıb inkar edənləri dost tutmayın. Allaha, sizə qarşı istifadə edəcəyi bir dəlilmi vermək istəyirsiniz?

Maidə/5:57 Ey iman edənlər! Sizdən öncəki Kitab əhli və inkarçılar arasında dininizi ələ salıb və əyləncə hesab edənləri dost qəbul etməyin. İman etmişsinizsə, Allahı dinləməlisiniz.
Maidə/5:80 Əksəriyyətinin inkar edənlərlə dost olduğunu görərsən. Nəfslərinin onlar üçün göndərdiyi şey necə də pisdir! Allah onlara qəzəblənmişdir; əzabda sürəkli qalacaqlar.
Maidə/5:81 Allaha, Peyğəmbərə və ona nazil edilənə iman etsəydilər, onları özlərinə dost qəbul etməzdilər. Lakin onların əksəriyyəti yoldan çıxmışdır.

Ənfal/8:73 İnkar edənlər də bir-birlərinin dostudur. Bu əmrləri tətbiq etməsəniz, yer üzündə xaos və böyük bir fəsad olar.

Tovbə/9:16 Allah, içinizdən Özü uğrunda cihad edənləri, Allahdan, Elçisindən və iman edənlərdən başqasını yaxın dost qəbul etməyənləri bilib ayırmadan buraxılacağınızımı sandınız? Allah etdiklərinizi Xəbər Alır.
Tovbə/9:23 Ey iman edənlər, inkar etməyi iman etməkdən üstün tutduqları təqdirdə ana-atalarınızı və qardaşlarınızı dost seçməyin. Kim onları dost seçərsə onlar zalımlardır.

Hud/11:113 Zalımlara əsla simpatiya duymayın, onları dəstəkləməyin, yoxsa sizə atəş toxunar. Sizin Allahdan başqa dostlarınız yoxdur, sonra sizə yardım da edilməz.

İsra/17:73 Başqa bir şeyi uydurub bizə isnad etməyin üçün az qala səni, sənə vəhy etdiyimizdən ayırıb azdıracaqdılar. Bax o zaman səni dost qəbul edəcəkdilər.
İsra/17:74 Səni sağlamlaşdırmasaydıq, az qala onlara bir az meyl edəcəkdin.
İsra/17:75 O zaman da həyatın və ölümün əzabını qatbaqat sənə daddırardıq. Sonra Bizə qarşı bir yardımçı da tapa bilməzdin.

Loğman/31:14 Biz insana ana-atasını öyüd-nəsihət etdik. Anası onu böyük bir çətinliklə daşıyar. Süddən kəsilməsi iki il içində olur. Mənə və ana-atana təşəkkür etməlisən. Dönüş Mənədir.
Loğman/31:15 Haqqında bilgin olmayan bir şeyi Mənə ortaq qoşmağın üçün səninlə mücadilə edərlərsə, ikisinə də itaət etmə. Ancaq dünyada onlarla yaxşı davranmalısan. Mənə yönələnlərin yoluna tabe ol. Axırda dönüşünüz Mənədir və etdiyiniz hər şeyi sizə bildirəcəyəm.

Mucadilə/58:14 Allahın qəzəbləndiyi bir topluluğu özlərinə dost seçənlərə diqqət etmədinmi? Onlar nə sizdəndir, nə də onlardandır. Onlar bilə-bilə yalan yerə and içərlər!

Mumtəhənə/60:1 Ey iman edənlər, Mənim düşmənimi və sizin düşməninizi dost tutmayın. Sizə gələn gerçəyi inkar etmiş və Rəbbiniz olan Allaha iman etdiyiniz üçün elçini və sizi (ölkənizdən) çıxarmış olduqları halda, siz onlara sevgi göstərirsiniz. Razılığımı qazanmaq üçün yolumda bir cihada çıxdınızsa, onları necə gizlicə sevə bilərsiniz? Halbuki Mən, gizlədiyinizi də, aşkara çıxardığınızı da çox yaxşı bilirəm. Sizdən kim belə davranarsa, doğru yoldan sapmış olar.
Mumtəhənə/60:13 Ey iman edənlər, Allahın qəzəbləndiyi bir topluluğu dost seçməyin. İnkar edənlər, məzardakılardan necə ümid kəsmişlərsə, onlar da axirətdən elə ümid kəsmişdirlər.
Mumtəhənə/60:2 Sizi ələ keçirsələr, sizə düşmən kəsilərlər, əlləri və dilləri ilə sizi incidərlər. İnkar etməyinizi istəyərlər.
Mumtəhənə/60:4 Sizin üçün İbrahim və onunla bərabər olanlarda gözəl bir örnək vardır. Onunla bərabər olanlar, öz xalqına, "Biz sizdən və sizin Allahdan başqa qulluq/xidmət etdiklərinizdən uzağıq. Sizi tanımırıq. YALNIZ Allaha iman edincəyə qədər bizimlə sizin aranızda əbədi olaraq düşmənçilik və nifrət zahir olmuşdur. Halbuki, İbrahimin atasına, "Sənin bağışlanmağın üçün dua edəcəyəm, fəqət Allahdan gələcək heç bir şeyə qarşı səni qoruya bilmərəm." şəklindəki sözü (bir xəta olaraq) bunun xaricində idi. "Rəbbimiz, Sənə güvəndik, Sənə yönəldik və axırda Sənə dönəcəyik."

Ənkəbut/29:46 Kitab əhli ilə, zalım olanları xaric ən gözəl bir tərzdə mübahisə edin və: "Bizə nazil edilənə iman etdik və sizə nazil edilənə də iman etdik. Bizim Tanrımız, sizin də Tanrınız birdir. Biz sadəcə Ona təslim olduq," deyin.