Mumtəhənə - 60:13 Ey iman edənlər, Allahın qəzəbləndiyi bir topluluğu dost seçməyin. İnkar edənlər, məzardakılardan necə ümid kəsmişlərsə, onlar da axirətdən elə ümid kəsmişdirlər.
Allahın qəzəbləndiyi topluluq:
Mucadilə/58:14 Allahın qəzəbləndiyi bir topluluğu özlərinə dost seçənlərə diqqət etmədinmi? Onlar nə sizdəndir, nə də onlardandır. Onlar bilə-bilə yalan yerə and içərlər!
Mucadilə/58:15 Allah onlar üçün çətin (şiddətli) bir cəza hazırlamışdır. Etdikləri necə də pisdir.
Mucadilə/58:16 Andlarını qalxan edərək Allahın yolundan azdırdılar. Onlar alçaldıcı bir əzaba layiqdirlər.
Mucadilə/58:17 Nə paraları (pulları), nə də övladları, onları Allahdan qurtara bilməyəcəkdir. Onlar cəhənnəm əhlidirlər və orada əbədi qalıcıdırlar.
Mucadilə/58:18 Gün gələcək, Allah hamısını dirildəcək və indi sizə and içdikləri kimi, Ona da and içəcəklər. Özlərinin (doğru) bir şey üzərində olduqlarını sanırlar! Doğrusu, onlar yalançılardır.
Mucadilə/58:19 Şeytan onlara sahiblənmiş və onlara Allahın mesajını unutdurmuşdur. Onlar şeytanın partiyasıdır (firqəsidir). Şeytanın partiyası (firqəsi) şübhəsiz ziyana uğrayacaqdır.
Mucadilə/58:20 Allaha və elçisinə qarşı gələnlər, alçaqlardandır.