Mulk - 67:10          
          
                        "Dinləsəydik və ya ağlımızı işlətsəydik biz bu atəşin əhli içində olmazdıq," dedilər.          
        
        
          Əzabdan ehtiyat etmək üçün Quranın proqnozu:        
      
                  
                    
                      Nəml/27:89                    
                  
                  
                                        Kim yaxşılıq gətirərsə, ona ondan daha yaxşısı verilər və onlar o günün qorxusundan güvənlikdə olarlar.                  
                
                
              
                  
                    
                      Zuxruf/43:67                    
                  
                  
                                        Müttəqilərdən başqa, o gün yaxın dostlar bir-birlərinə düşmən kəsiləcək.                  
                
                
              
                  
                    
                      Zuxruf/43:68                    
                  
                  
                                        Qullarım, bu gün sizə qorxu yoxdur və üzülməyəcəksiniz.                  
                
                
              
                  
                    
                      Bəqərə/2:112                    
                  
                  
                                        Doğrusu, kim yaxşılıq edərək özünü Allaha təslim edərsə, onun mükafatı Rəbbinin yanındadır; onlara qorxu yoxdur və onlar üzülməyəcəkdir.                  
                
                
              
                  
                    
                      Bəqərə/2:274                    
                  
                  
                                        Paralarını (pullarını) gecə və gündüz, gizli və aşkar yardım üçün verənlərin mükafatı Rəblərinin yanındadır. Onlara qorxu yoxdur və onlar üzülməzlər.                    
                
                
              
                  
                    
                      Maidə/5:69                    
                  
                  
                                        İman edənlər, Yəhudilər, digər dinlərdən olanlar və Xristianlardan kim Allaha və Axirət gününə iman edər və muttəqi bir həyat sürərsə, nə bir qorxu vardır, nə də onlar üzülərlər.                  
                
                
              
                  
                    
                      Ənam/6:48                    
                  
                  
                                        Biz elçiləri, ancaq müjdələyicilər və xəbərdar edicilər kimi göndəririk. Kim iman edib özünü düzəldərsə, onlara bir qorxu yoxdur və onlar üzülməyəcəklər.                  
                
                
              
                  
                    
                      Əhqaf/46:13                    
                  
                  
                                        "Rəbbimiz Allahdır," dedikdən sonra doğru yolu izləyənlərə, nə bir qorxu vardır, nə də onlar üzülərlər.                  
                
                
              
                  
                    
                      Bəqərə/2:38                    
                  
                  
                                        "Oradan toplu halda enin," -dedik. "Məndən sizə bir yol göstərici gəldiyi zaman,  o yol göstəriciyə tabe olanlar üçün artıq bir qorxu yoxdur və onlar üzülməyəcəklər."