Mulk - 67:4 Sonra təkrar-təkrar bax; baxışların usanmış və yenilmiş olaraq sənə dönər.
Rəhmanın yaratdığında hər hansısa bir qüsur tapa bilməzsən:
Səcdə/32:7 O yaratdığı hər şeyi mükəmməl hala saldı. İnsanın yaradılışına palçıqdan başladı.

Qaf/50:6 Üstlərindəki göyə baxmadılarmı, onu heç bir çatlağı olmadan necə yaratdıq və onu necə süslədik?


Mulk/67:3 O Yeddi göyü qat-qat yaratmışdır. Rəhmanın yaratmasında hər hansısa bir qüsur tapa bilməzsən. Baxışlarını yönəlt və bax; hər hansısa bir çatlaq görə bilirsənmi?
Mulk/67:4 Sonra təkrar-təkrar bax; baxışların usanmış və yenilmiş olaraq sənə dönər.

Bəqərə/2:255 Allah: Ondan başqa tanrı yoxdur, Yaşayandır, Sonsuzdur. Onu nə mürgü, nə də yuxu tutmaz. Göylərdə və yerdə nə varsa Onundur. İzni olmadan kim Onun qatında vasitəçilik edə bilər? Onların keçmişini və gələcəyini bilir. İstədiyi miqdardan başqa Onun biliyindən heç bir şeyi qavraya bilməzlər. Hökmranlığı göyləri və yeri əhatə etmişdir. Onları qorumaq Onu yormaz. O Ucadır, Böyükdür.