Qaləm - 68:43 Gözləri aşağı salınmış bir vəziyyətdə, onları rəzillik bürüyər. Halbuki onlar sağlam ikən səcdəyə çağırılmışdılar.
"Gözləri yerə dikilmiş bir vəziyyətdə, onlar alçalarlar": Əlaqəli
Qamər/54:6 Onlara əhəmiyyət vermə; Çağırıcının, görülməmiş və tanınmamış bir şeyə çağıracağı gün,
Qamər/54:7 Gözləri zillət içində məzarlardan çıxarlar; eyni səpələnib yayılmış çəyirtkələr kimi...
Qamər/54:8 Çağırıcıya doğru qaçarlarkən, inkar edənlər, "Bu çətin bir gündür," deyərlər.

Məaric/70:43 O gün, məzarlarından tez-tələsik çıxarlar; Qurban daşına sürüklənirlərmiş kimi...
Məaric/70:44 Gözləri dönmüş, özlərini utanc bürümüş olaraq. Bax bu, onlara söz verilmiş olan gündür.

İbrahim/14:42 Zalımların etdiklərindən Allahı xəbərsiz sanma. Onları sadəcə, gözlərin dəhşətdən donub qalacağı günə qədər təxirə salmaqdadır.

Qaləm/68:43 Gözləri aşağı salınmış bir vəziyyətdə, onları rəzillik bürüyər. Halbuki onlar sağlam ikən səcdəyə çağırılmışdılar.