Haqqə - 69:17 Mələklər hər yandadır. Rəbbinin hökmranlığı o gün səkkiz (aləm) üzərində hakim olacaqdır.
İmtahan zərurətinə görə şeytanın üzərimizə hakim olmasına izn verilmişdir:
Hicr/15:28 Rəbbin mələklərə, "Qurumuş, köhnə (illərlə qalmış) palçıqdan bir insan yaradacağam," demişdi.
Hicr/15:29 "Onu hazırlayıb ona ruhumdan üfürdüyüm zaman dərhal onun üçün səcdəyə varın," demişdi.
Hicr/15:30 Bütün mələklər toplu halda səcdə etdilər;
Hicr/15:31 Ancaq İblis (şeytan) xaric. Səcdə edənlərlə bərabər olmağı rədd etdi.
Hicr/15:32 Dedi ki: "Səni səcdə edənlərlə bərabər olmaqdan uzaq tutan şey nədir, İblis?"
Hicr/15:33 Dedi ki: "Qurumuş, köhnə (illərlə qalmış) palçıqdan yaratdığın insana səcdə edən deyiləm."
Hicr/15:35 "Haqq-hesab gününə qədər lənətə layiq oldun," dedi.
Hicr/15:36 (İblis:) "Rəbbim, diriləcəkləri günə qədər mənə möhlət ver," dedi.
Hicr/15:39 (İblis) dedi ki: "Rəbbim, məni yoldan çıxartdığın üçün, onları yer üzündə başdan çıxarıb toplu halda azdıracağam."
Hicr/15:41 (Allah) dedi ki: "Bax Mənim dəyişməz qanunum budur."
Hicr/15:42 "Əlbəttə, sadəcə Mənə qulluq edənlərə qarşı bir gücün yoxdur. Ancaq sənə tabe olan azğınlara gücün yetər."
Hicr/15:43 "Cəhənnəm hamısının görüşmə yeridir."
Hicr/15:44 "Onun yeddi qapısı vardır və hər bir qapı üçün onlardan müəyyən bir pay vardır."