Haqqə - 69:17
Mələklər hər yandadır. Rəbbinin hökmranlığı o gün səkkiz (aləm) üzərində hakim olacaqdır.
Dirilmə günündə bütün şeytanlar cəhənnəmə atılacaq və hökmranlığı sona yetəcəkdir:
İsra/17:61
Mələklərə, "Adəmə səcdə edin!" dediyimizdə, İblisdən başqa hamısı səcdə etdilər. "Palçıqdan yaratdığınamı səcdə edəcəyəmmiş?" dedi.
İsra/17:62
"Məndən üstün tutduğun bu şəxsi görürsənmi? Mənə Dirilmə gününə qədər möhlət versən, onun soyunu, çox azı istisna olmaqla sahiplənib pərişan edəcəyəm." dedi.
İsra/17:63
(Allah) dedi ki: "Onlardan səni izləyənlər ilə birlikdə get. Tam sizə görə bir cəza olan Cəhənnəmə qədər yolunuz var."
İsra/17:64
Onlardan gücün çatdığı kimsələri səsinlə yerindən oynat, onlara qarşı bütün gücünü və adamlarını səfərbər et, paralarının (pullarının) və övladlarının bir bölümünə ortaq ol və onlara ümid ver. Şeytan, onlara ancaq saxta ümidlər verir."
İsra/17:65
"Qullarıma gəlincə, sənin onlar üzərində heç bir gücün yoxdur." Qoruyucu olaraq Rəbbin yetər.
Hicr/15:36
(İblis:) "Rəbbim, diriləcəkləri günə qədər mənə möhlət ver," dedi.
Hicr/15:37
(Allah) dedi ki: "Oldu, sənə möhlət verildi."
Hicr/15:38
"Məlum vaxtın gününə qədər..."
Hicr/15:39
(İblis) dedi ki: "Rəbbim, məni yoldan çıxartdığın üçün, onları yer üzündə başdan çıxarıb toplu halda azdıracağam."
Hicr/15:40
"Özlərini sadəcə Sənə həsr edənlər xaric."
Hicr/15:41
(Allah) dedi ki: "Bax Mənim dəyişməz qanunum budur."
Hicr/15:42
"Əlbəttə, sadəcə Mənə qulluq edənlərə qarşı bir gücün yoxdur. Ancaq sənə tabe olan azğınlara gücün yetər."
Furqan/25:26
Məhz o gün, hakimiyyət bütünlüklə və mütləq olaraq Rəhmanındır. İnkar edənlər üçün çətin bir gün olacaqdır.
Ğafir/40:16
O gün onlar tamamilə açığa çıxarılacaqlar. Heç bir şey onları Allahdan gizləyə bilməz. O gün hökmranlıq kimə aiddir? Tək və Ən Üstün olan Allaha aiddir.
Şuəra/26:91
Azğınlar üçün də Cəhənnəm ortaya qoyulacaqdır.
Şuəra/26:94
Azğınlarla birlikdə baş aşağı oraya atılacaqlar.
Şuəra/26:95
İblisin bütün əsgərləri də...
Haqqə/69:16
Göy yarılmışdır, parçalanmışdır.
Haqqə/69:17
Mələklər hər yandadır. Rəbbinin hökmranlığı o gün səkkiz (aləm) üzərində hakim olacaqdır.