Haqqə - 69:21 O, xoşbəxt bir həyat içindədir,
İman edənlər Cənnətdə istədikləri hər şeyi əldə edərlər:
Həcc/22:58 Allah yolunda köç (hicrət) etdikdən sonra ölənlər və ya öldürülənlər, Allah tərəfindən gözəl bir ruzi ilə bəslənəcəklər. Şübhəsiz Allah ruzi verənlərin ən yaxşısıdır!

Nəhl/16:31 İçlərindən çaylar axan Ədn cənnətlərinə girərlər. Orada hər istədikləri şeyi taparlar. Allah müttəqiləri bax belə mükafatlandırır.

Məryəm/19:62 Orada boş söz eşitməzlər; sadəcə sülh... Ruzilərini də səhər-axşam alarlar.

Ənbiya/21:102 Onun uğultusunu eşitməzlər. Canlarının istədiyi şeylər içində əbədi qalarlar.

Fatir/35:35 "O ki, lütfü ilə bizi (əbədi) olacaq yurda yerləşdirdi. Orada nə bir yorulma, nə də bir üzüntü hiss edərik."

Kəhf/18:108 Orada daimi qalacaqlar, oranı heç bir şeylə dəyişmək istəməzlər.

Səcdə/32:17 Etdiklərinə qarşılıq olaraq, onları nə qədər böyük bir sevinc və xoşbəxtlik gözlədiyini heç kimsə bilə bilməz.

Ya sin/36:55 Cənnət əhli o gün zövq və əyləncə ilə məşğuldurlar.
Ya sin/36:56 Zövcələri ilə birlikdə kölgəliklərdə, taxtlara yaslanmışlar.
Ya sin/36:57 Onlar üçün meyvələr və istədikləri hər şey vardır.

Zumər/39:34 Onlar üçün Rəbləri qatında istədikləri hər şey vardır. Yaxşı davrananların qarşılığı budur.

Fussilət/41:30 "Rəbbimiz Allahdır," dedikdən sonra doğru yolu izləyənlərin üzərinə mələklər enər, "Qorxmayın, üzülməyin və dəvətli olduğunuz cənnətlə sevinin."
Fussilət/41:31 "Dünya həyatında da, axirətdə də sizin dostlarınız bizik. Orada nəfsinizin çəkdiyi və istədiyiniz hər şey vardır."

Şura/42:22 Etdikləri işlər başlarına gələrkən zalımları təşviş içində görərsən. İman edib müttəqi davrananlar cənnətlərin bağçalarındadır. Onlar üçün Rəbləri qatında istədikləri hər şey vardır. Məhz bu, böyük lütfdür.

Zuxruf/43:70 Siz və həmtaylarınız cənnətə girin; sevinc içində qarşılanacaqsınız.
Zuxruf/43:71 Onlara qızıl sinilər və piyalələrlə verilər. Orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey vardır. Siz orada əbədi qalacaqsınız.

Qaf/50:34 Oraya sağ-salamat daxil olun; bu, əbədi həyat günüdür.
Qaf/50:35 İstədikləri hər şeyi əldə edərlər və hətta qatımızda artığı da vardır.

Tur/52:21 Soyları tərəfindən izlənən iman edənlərə soylarını da qatarıq və onların etdiklərindən heç bir şeyi əskiltmərik. Hər kəs qazandığı şeylərin bir girovudur.
Tur/52:22 Onlara canlarının istədiyi meyvədən və ətdən bol-bol verərik.
Tur/52:23 Orada bir-birlərindən qədəh toqquşdurarlar, onda nə bir saçmalama, nə də bir günaha girmə vardır.

Vaqiə/56:18 Qaynaqdan doldurulmuş bardaqlar, sürahilər və qədəhlərlə.

İnsan/76:5 Yaxşılar isə, kafur (CHO) qarışdırılmış bir qədəhdən içərlər.
İnsan/76:6 Allahın qullarının daşıraraq içdikləri bir qaynaq...
İnsan/76:15 Onlara gümüş sinilər və şəffaf bardaqlarda verilər.
İnsan/76:16 Gümüşdən düzəldilmiş şəffaf bardaqlar... Onlara tamamilə layiqdirlər.
İnsan/76:17 Orada zəncəfil (ginger) qarışdırılmış bir qədəhdən içirdilərlər.
İnsan/76:19 Onlara ölümsüz gənclər servis edəcəkdir. Onları görsən, onları yayılmış inci sanarsan.

Mursəlat/77:41 Müttəqilər kölgəliklərdə və bulaqlar arasında...
Mursəlat/77:43 Nuşcanlıqla yeyin-için, etdiklərinizə qarşılıq olaraq.