Haqqə - 69:23
Meyvələri əlçatan məsafədədir.
Cənnətdəki meyvələr:
Mursəlat/77:43
Nuşcanlıqla yeyin-için, etdiklərinizə qarşılıq olaraq.
Mursəlat/77:42
Və canlarının istədiyi meyvələr...
Mursəlat/77:41
Müttəqilər kölgəliklərdə və bulaqlar arasında...
Rahmən/55:70
Hər ikisində də yaxşılıqlar, gözəlliklər vardır.
Rahmən/55:69
Rəbbinizin hansı nemətlərini yalanlaya bilərsiniz?
Rahmən/55:68
Hər ikisində də meyvələr, xurmalar və narlar vardır.
Rahmən/55:67
Rəbbinizin hansı nemətlərini yalanlaya bilərsiniz?
Rahmən/55:66
İkisində də fışqıran iki qaynaq vardır.
Rahmən/55:65
Rəbbinizin hansı nemətlərini yalanlaya bilərsiniz?
Rahmən/55:64
Yamyaşıldırlar.
Rahmən/55:63
Rəbbinizin hansı nemətlərini yalanlaya bilərsiniz?
Rahmən/55:62
O ikisindən başqa iki cənnət daha var.
İnsan/76:14
Ağacların kölgəsi üzərlərinə düşmüş və meyvələr yaxınlaşdırılaraq qopardılmaları asanlaşdırılmışdır.
Haqqə/69:23
Meyvələri əlçatan məsafədədir.
Haqqə/69:22
Yüksək bir cənnətdə (bağçada),
Tur/52:22
Onlara canlarının istədiyi meyvədən və ətdən bol-bol verərik.
Duxan/44:55
Tam bir güvənlik içində hər meyvəni istəyərlər.
Duxan/44:54
Bu belədir; onlara gözəl həmtaylar vermişik.
Duxan/44:53
İpək və atlazdan geyimlər içində qarşı-qarşıya oturarlar.
Duxan/44:52
Bağçalar və bulaqlar içərisində.
Duxan/44:51
Müttəqi olanlar isə güvənli bir məqamdadırlar.
Zuxruf/43:73
Orada sizin yeməyiniz üçün bol meyvələr vardır.
Zuxruf/43:72
Cənnət budur, onu miras aldınız, etdiklərinizə qarşılıq olaraq.
Sad/38:51
Orada komfort içində bol meyvə və içki istəyərlər.
Sad/38:50
Və qapıları onlara açılmış Ədn cənnətləri vardır.
Sad/38:49
Bu, bir mesajdır: Müttəqilər üçün gözəl bir gələcək,
Saffat/37:42
Meyvələrlə qarşılanacaqlar.
Saffat/37:41
Onlar məlum bir ruziyə layiqdirlər.
Saffat/37:40
Özlərini sadəcə Allaha həsr etmiş qulları xaric.
Rahmən/55:54
Astarları atlazdan olan yataqlara yaslanarlar, hər iki cənnətin meyvələri çox yaxındır.
Rahmən/55:53
Rəbbinizin hansı nemətlərini yalanlaya bilərsiniz?
Rahmən/55:52
İkisində də hər meyvədən iki növ vardır.
Rahmən/55:51
Rəbbinizin hansı nemətlərini yalanlaya bilərsiniz?
Rahmən/55:50
İçərilərində axan bulaqlar vardır.
Rahmən/55:49
Rəbbinizin hansı nemətlərini yalanlaya bilərsiniz?
Rahmən/55:48
Cürbəcür qidalarla doludur hər ikisi.
Rahmən/55:47
Rəbbinizin hansı nemətlərini yalanlaya bilərsiniz?
Rahmən/55:46
Rəbbinin görkəmindən qorxanlar üçün iki cənnət var.
Ya sin/36:58
Rəhim olan Rəbdən söz olaraq "Salam" vardır.
Ya sin/36:57
Onlar üçün meyvələr və istədikləri hər şey vardır.
Ya sin/36:56
Zövcələri ilə birlikdə kölgəliklərdə, taxtlara yaslanmışlar.
Vaqiə/56:30
Uzanmış kölgələr,
Vaqiə/56:29
Salxımları sallanmış banan ağacları,
Vaqiə/56:28
Tikansız meyvə ağacları,
Vaqiə/56:27
Sağ tərəfdə olanlar, sağ tərəfdə olacaqlar!
Vaqiə/56:23
Qorunmuş incilər kimi...
Vaqiə/56:22
Gözəl eşlər...
Vaqiə/56:21
Nəfslərinin istədiyi quş ətləri...
Vaqiə/56:20
Və bəyəndikləri meyvələr...