Haqqə - 69:40
(Ona görə) ki, bu şərəfli bir elçinin (gətirdiyi) sözdür.
"Şərəfli bir elçi": Məqsəd kimdir?
Nəcm/53:1
Düşərkən ulduzlara and olsun.
Nəcm/53:2
Yoldaşınız (Muhəmməd) nə yoldan çıxmışdır, nə də azmışdır.
Nəcm/53:3
Nə də öz şəxsi arzusundan danışmaqdadır.
Nəcm/53:4
O (Quran) ancaq və ancaq bildirilən bir vəhydir.
Nəcm/53:5
Onu, böyük gücə sahib olan öyrətmişdir.
Nəcm/53:6
Üstün hakimiyyətin sahibi göründü,
Nəcm/53:7
Ən yüksək üfüqdə.
Nəcm/53:8
Sonra enib yaxınlaşdı.
Nəcm/53:9
Məsafə iki yay qədər və ya daha yaxın oldu.
Nəcm/53:10
Və sonra quluna nə bildiriləcəksə onu vəhy etdi.
Nəcm/53:11
Gördüyünü könlü yalanlamadı.
Nəcm/53:12
Onun gördüyü haqqında onunla mübahisəmi edirsiniz?
Nəcm/53:13
Onu bir dəfə yenə görmüşdü.
Nəcm/53:14
Ən son nöqtədə.
Nəcm/53:15
(Ona görə) ki, yanında sığınılacaq cənnət vardır.
Təkvir/81:19
Bu, şərəfli bir elçinin sözüdür.
Təkvir/81:20
Güclüdür; Yönətimin Sahibi qatından səlahiyyətlidir.
Təkvir/81:21
Ona uyulmalı və güvənilməlidir.
Təkvir/81:22
Yoldaşınız dəli deyildir.
Təkvir/81:23
Onu açıq-aşkar bir üfüqdə görmüşdür.
Təkvir/81:24
O, heç bir xəbəri gizləmir.
Təkvir/81:25
O, qovulan şeytanın sözü ola bilməz.
Təkvir/81:26
Elə isə hara gedirsiniz?
Bəqərə/2:97
Bunu de: “Özündən öncəkiləri təsdiqləyici, iman edənlərə yol göstərici və müjdə olaraq Allahın izni ilə bunu qəlbinə nazil edən Cəbrailə hər kim düşmən olarsa,
Şuəra/26:192
Bu, aləmlərin Rəbbinin nazil etdiyi vəhydir.
Şuəra/26:193
Onu güvənilir Ruh (Cəbrail) nazil etmişdir.
Şuəra/26:194
Sənin qəlbinə... xəbərdar edənlərdən biri olasan deyə.
Şuəra/26:195
Açıq-aşkar ərəbcə bir dillə.
Nəhl/16:102
De ki: "İman edənləri sağlamlaşdırsın, müsəlmanlara bir yol göstərici və müjdə olsun deyə Müqəddəs Ruh onu Rəbbindən gerçəklə nazil etdi."